Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı müzakirələr son illər daha da aktuallaşıb.
Universitetlərin qlobal rəqabətdə geri qalmasının əsas səbəbləri arasında maliyyələşmənin zəifliyi və investisiya siyasətinin düzgün qurulmaması göstərilir.
Təhsil ictimaiyyəti hesab edir ki, universitetlərin elmi potensialının gücləndirilməsi üçün dövlət və özəl sektorun sərmayəsi həlledici rol oynamalıdır.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dosent İlham Əhdəmov qeyd edib ki, ali təhsil sahəsinə qoyulan sərmayə ölkənin insan kapitalını formalaşdıran əsas amildir: “İnvestisiyasız universitet suyu quruyan dəyirmana bənzəyir.
Təhsil, xüsusilə dəUniversitetlər yalnız təhsil verən müəssisə deyil, həm də elm, innovasiya və insan kapitalı yaradan mərkəzlər olmalıdır.
Bunun üçün isə güclü və məqsədyönlü investisiyalar tələb olunur.
Təəssüf ki, son 25-30 ildə Azərbaycanda universitetlərə edilən investisiyalar əsasən təmir-tikinti işlərinə yönəlib.