Icma.az
close
up
RU
“Universitetlər yalnız təmir üçün yox, elmi inkişaf üçün investisiya almalıdır” DOSENT

“Universitetlər yalnız təmir üçün yox, elmi inkişaf üçün investisiya almalıdır” DOSENT

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı müzakirələr son illər daha da aktuallaşıb.

Universitetlərin qlobal rəqabətdə geri qalmasının əsas səbəbləri arasında maliyyələşmənin zəifliyi və investisiya siyasətinin düzgün qurulmaması göstərilir.

Təhsil ictimaiyyəti hesab edir ki, universitetlərin elmi potensialının gücləndirilməsi üçün dövlət və özəl sektorun sərmayəsi həlledici rol oynamalıdır.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dosent İlham Əhdəmov qeyd edib ki, ali təhsil sahəsinə qoyulan sərmayə ölkənin insan kapitalını formalaşdıran əsas amildir:

“İnvestisiyasız universitet suyu quruyan dəyirmana bənzəyir. Təhsil, xüsusilə dəUniversitetlər yalnız təhsil verən müəssisə deyil, həm də elm, innovasiya və insan kapitalı yaradan mərkəzlər olmalıdır. Bunun üçün isə güclü və məqsədyönlü investisiyalar tələb olunur.

Təəssüf ki, son 25-30 ildə Azərbaycanda universitetlərə edilən investisiyalar əsasən təmir-tikinti işlərinə yönəlib. Halbuki bu, inkişaf yönümlü sərmayə sayılmır. Ali təhsil sisteminə yatırılan vəsaitin səmərəliliyi təhlil olunmalı, vəsaitlərin ən azı 50 faizi elm və insan kapitalının inkişafına ayrılmalıdır. Beynəlxalq təcrübədə – MIT, Oxford, ETH Zürich, KAIST kimi nüfuzlu universitetlərdə – sərmayə əsasən tədqiqat, innovasiya, akademik heyətin inkişafı, tələbə dəstəyi və beynəlxalq əməkdaşlığa yönəldilir.

Məsələn, Rusiya Federasiyasında həm dövlət, həm də özəl sektor universitetlərə milyardlarla dollar həcmində investisiya edir. Bunun nəticəsində rəqəmsal transformasiya, yeni fakültələrin – o cümlədən “Süni intellekt” üzrə ixtisaslaşmış bölmələrin – yaradılması mümkün olub. Bizdə isə nə Təhsil Nazirliyi, nə də özəl sektor universitetlərə ciddi şəkildə sərmayə yatırır”.

Dosent vurğulayıb ki, universitetlər yalnız təhsil haqqı hesabına mövcudluğunu davam etdirirsə, onlar inkişaf edə bilməz və qlobal rəqabətdə geri qalmağa məhkumdur:

“Müasir universitetlərin rəqabət gücü elmi tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq üzərində qurulur.

Bunun üçün Azərbaycanda ali təhsil sisteminə təxminən 10 ildən çox vaxt və ən azı 1 milyard dollardan artıq hədəflənmiş investisiya lazımdır.

Əks halda universitetlərimiz dünya təhsil sistemindən geri qalmağa davam edəcək. Bu gün əsas problem səhv kadr seçimi və dağıdıcı maliyyə siyasətidir. Əgər universitetlərə güclü sərmayə qoyularsa və Təhsil Nazirliyində kadr islahatları aparılarsa, gələcəkdə inkişaf etmiş universitetlərin yaranması mümkündür”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri