Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda ali təhsil alan məzunların təxminən yarısı işlə təmin oluna bilib.
2018-2023-cü illərdə 120 minə yaxın məzunun yalnız 58, 6%-i əmək bazarına inteqrasiya olub.
Bəzi universitetlərdə məzunların iş tapma faizi 30%- dən də aşağıdır.
Bəs, bu göstəricilər məzunların peşə seçimində və təhsil müəssisələrinin hazırlığında nələri göstərir?
Bəzi universitetlərdə işlə təminatın 30%-ə qədər düşməsinin əsas səbəbi nədir?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən universitetlərin böyük əksəriyyəti öz fəaliyyətlərini və tədris proseslərini əmək bazarının real tələblərinə uyğun şəkildə tənzimləmir: "Bir çox hallarda ali təhsil müəssisələri daha çox formal prinsiplərlə işləyir: əsas məqsəd tələbə qəbulunun həyata keçirilməsi, təhsil haqqının toplanması, maddi-texniki bazanın saxlanılması və müəllim-professor heyətinin əməkhaqlarının ödənilməsindən ibarət olur.
Halbuki müasir dövrdə universitet üçün əsas prioritetlər bunlar olmamalıdır. Bugünkü universitet modeli daha strateji düşünməlidir.