Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"3I/ATLAS kometasının sirli hərəkəti qlobal müşahidə və müdafiə hazırlıqlarını sürətləndirir..." Günəş sistemində qeydə alınan 3I/ATLAS adlı ulduzlararası obyektin standartdan kənar hərəkəti müxtəlif ölkələrin mütəxəssislərini narahat edib və planetar təhlükəsizlik mövzusunu yenidən gündəmə gətirib.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
3I/ATLAS obyektinin qeyri-adi davranışı və ölkələrin hazırlığı Nəşr yazır ki, obyekt Yerə yaxınlaşdıqca ona olan maraq da artır.
Bir sıra ölkələr artıq planetar müdafiə proqramlarını aktivləşdirib.
Avropa Kosmik Agentliyi (ESA) mövcud bütün alətləri işə salıb, Yaponiya isə öz təlimlərini sürətləndirib.
ABŞ-da mütəxəssislər yüksək orbitdə uçan obyektlərin izlənməsi üzrə genişmiqyaslı məşq keçiriblər.
Bu prosesə Avstraliya, Cənubi Koreya və Braziliya da qoşulub və təlimləri kosmik obyektlərlə qarşılıqlı fəaliyyət mexanizmlərini sınaqdan keçirmək imkanı kimi qiymətləndiriblər.