Unudulmaq xilasdırmı, yoxsa..? | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumat verir. Kulis.az Nuran Yaqubun "Ləkəsiz zehnin poeziyası" adlı yeni yazısını təqdim edir."How h
(Günahsız, pak bir rahibənin taleyi necə də xoşbəxtdir!) The world forgetting, by the world forgot.
(Dünyanı unudaraq, özü də dünya tərəfindən unudulmuş) Eternal sunshine of the spotless mind!
(Ləkəsiz zehnin əbədi günəşi!) Each pray’r accepted, and each wish resign’d." (Hər bir dua qəbul edilir, və hər bir arzu könüllü şəkildə tərk olunur)— Alexander Pope, Eloisa to AbelardAleksandr Popun 1717-ci ildə yazdığı "Eloisa to Abelard" poemasının bu misraları, 2004-cü ildə çəkilmiş "Eternal Sunshine of the Spotless Mind" ("Ləkəsiz zehnin əbədi günəşi") filminin həm başlığını, həm də fəlsəfi xəttini müəyyənləşdirir.
Şeir dini təmizlik və dünyadan arınma ideyasını tərənnüm etsə də, filmdə bu təmizlik təcrübə və duyğulardan qaçışın bir simvoluna çevrilir.
Hər iki əsər unudulmaq və unutmaq, yaddaşın ləkəsizliyi ilə qazanılan xoşbəxtlik arasında paralel bir gərginlik yaradır.Popun təqdim etdiyi rahibə - "blameless vestal" ("günahsız rahibə") - nə dünyanı xatırlayır, nə də dünya onu.
Bu təmizlik, günahdan uzaqlıq, onun həyatını səssiz bir xoşbəxtliyə çevirir.
Dua etdiyi hər şey qəbul olunur, çünki artıq arzu etməyi belə tərk etmişdir. Onun zehnində nə keçmiş var, nə də gələcəklə bağlı həyəcan.
Tam oxu
Xəbəri oxu