Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Unudulmaq xilasdırmı, yoxsa..?

Unudulmaq xilasdırmı, yoxsa..?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Nuran Yaqubun "Ləkəsiz zehnin poeziyası" adlı yeni yazısını təqdim edir.
"How happy is the blameless vestal’s lot! (Günahsız, pak bir rahibənin taleyi necə də xoşbəxtdir!)
The world forgetting, by the world forgot. (Dünyanı unudaraq, özü də dünya tərəfindən unudulmuş)
Eternal sunshine of the spotless mind! (Ləkəsiz zehnin əbədi günəşi!)
Each pray’r accepted, and each wish resign’d." (Hər bir dua qəbul edilir, və hər bir arzu könüllü şəkildə tərk olunur)
— Alexander Pope, Eloisa to Abelard
Aleksandr Popun 1717-ci ildə yazdığı "Eloisa to Abelard" poemasının bu misraları, 2004-cü ildə çəkilmiş "Eternal Sunshine of the Spotless Mind" ("Ləkəsiz zehnin əbədi günəşi") filminin həm başlığını, həm də fəlsəfi xəttini müəyyənləşdirir. Şeir dini təmizlik və dünyadan arınma ideyasını tərənnüm etsə də, filmdə bu təmizlik təcrübə və duyğulardan qaçışın bir simvoluna çevrilir. Hər iki əsər unudulmaq və unutmaq, yaddaşın ləkəsizliyi ilə qazanılan xoşbəxtlik arasında paralel bir gərginlik yaradır.
Popun təqdim etdiyi rahibə - "blameless vestal" ("günahsız rahibə") - nə dünyanı xatırlayır, nə də dünya onu. Bu təmizlik, günahdan uzaqlıq, onun həyatını səssiz bir xoşbəxtliyə çevirir. Dua etdiyi hər şey qəbul olunur, çünki artıq arzu etməyi belə tərk etmişdir. Onun zehnində nə keçmiş var, nə də gələcəklə bağlı həyəcan. Sadə, saf, sükut dolu bir mövcudluqdur bu. Lakin bu mövcudluq yaradıcı bir ruh üçün, bəlkə də, boğucu bir boşluqdur. İstəmək, sevmək, əzab çəkmək – bütün bunlar insan ruhunun inkişaf yollarıdır.
"Eternal Sunshine of the Spotless Mind" filmi məhz bu poetik ideyanı reallıqla qarşılaşdırır. Baş qəhrəmanlar Joel və Klementin keçmiş sevgilərinin izlərini yaddaşlarından sildirmək qərarına gəlirlər. Popun rahibəsi kimi onlar da unudaraq azad olacaqlarına inanırlar. Amma proses başladıqdan sonra Joelin şüuru bu silinməyə müqavimət göstərməyə başlayır. O, Klementin ilə bağlı ən kiçik, gündəlik, hətta əhəmiyyətsiz görünən xatirələrin belə nə qədər qiymətli olduğunu dərk edir. Bu, Popun poetikasının əksinədir: burada "ləkəsiz zehnin günəşi" qaranlıq bir boşluğa çevrilir.
Ədəbi nöqteyi-nəzərdən Popun misralarındakı ahəng, sakit və fəlsəfi bir ton təqdim edir. “The world forgetting, by the world forgot” misrasında unudulmaqla unutmanın qarşılıqlı bir ləzzət verdiyi vurğulanır. Lakin filmdə bu qarşılıqlılıq pozulur. Joel Klementini unudarkən, eyni zamanda onu yenidən sevməyə başlayır. Burada paradoks yaranır: yaddaş silindikcə sevgi güclənir. Bu isə Popun təmizlik və ruhi rahatlıq anlayışını sual altına alır.
Kinonun dili Popun poetik ifadəsinə fərqli bir dərinlik qatır. Xüsusilə Joelin yaddaşının silindiyi səhnələrdə real və surrealın iç-içə keçməsi, insan şüurunun necə mürəkkəb olduğunu göstərir. Bu səhnələrdə şeirin ideyası – "spotless mind" ("ləkəsiz zehin") – vizual olaraq həyatın özündən ayrılmış, köksüz bir vəziyyət kimi təqdim olunur. Bu, şeirin idealizə etdiyi “rahatlıq” deyil, içi boşalmış bir varlıq halıdır.
Həm ədəbiyyat, həm də kino insanın yaddaşla münasibətinə fərqli formalarda toxunur. Popun sözündəki musiqi və ahəng, insanın Tanrıya və əbədiyyətə yönəlmiş susqunluğudur. Mişel Qondrinin kamerasında isə bu susqunluq yerini təlatümə və daxili mübarizəyə verir. Popun rahibəsi qəbul edib, Joel isə müqavimət göstərir. Və bu müqavimət, bəlkə də, insan ruhunun təməlidir.
Sonda film şeirdəki kimi bir qənaətə varmır. O, cavab vermir, sadəcə sualı qoyur: əgər unudaraq sakitlik tapmaq mümkündürsə, bəs yaddaşın ağrısında yaşanan gözəlliklərdən necə keçə bilərik? Popun misraları bir idealdır, film isə o idealın insan ruhunda yaratdığı boşluğu göstərir.
Beləcə, "Eternal Sunshine of the Spotless Mind" və "Eloisa to Abelard" əsərləri bir-birinə zidd mövqelərdən çıxış etsələr də, hər ikisi eyni sual ətrafında fırlanır: unudulmaq xilasdırmı, yoxsa özlüyümüzü itirməkdir?

Uşaqlar hələ də nağıllara inanırmı? - Nuran Yaqub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 İyun 2025 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see284

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see281

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see267

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see260

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see250

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see250

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see244

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see242

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see236

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see236

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see235

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see226

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see222

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see220

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see220

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see217

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see205

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see198

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri