Unudulmayan ağrı, unudulmaz qələbə: Ağdam | Icma.az
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın dilbər guşələrindən olan Ağdam rayonu uzun illər Ermənistanın işğalı altında olub.
1993-cü il iyulun 23-də Ağdam şəhəri də daxil olmaqla, rayonun böyük hissəsi ermənilər tərəfindən işğal edilmişdi.
Ermənilərin Azərbaycanın Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayonlardan biri məhz Ağdam oldu.
1993-cü il iyul ayının 23-də isə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ağdam şəhəri işğal olundu.
Həmin hücum nəticəsində rayonun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri qəsb edildi, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi.
Ermənilər uşaq və böyüyə, qadın və kişiyə fərq qoymadan insanları vəhşicəsinə qətlə yetirərək bəşəriyyətə qarşı ən dəhşətli cinayət törətdilər.
İşğal dövründə ağdamlı məcburi köçkünlərin sosial durumu, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzində saxladığı məsələ olub.
Tam oxu
Xəbəri oxu