Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Unudulmayan ağrı, unudulmaz qələbə: Ağdam

Unudulmayan ağrı, unudulmaz qələbə: Ağdam

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın dilbər guşələrindən olan Ağdam rayonu uzun illər Ermənistanın işğalı altında olub. 1993-cü il iyulun 23-də Ağdam şəhəri də daxil olmaqla, rayonun böyük hissəsi ermənilər tərəfindən işğal edilmişdi. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayonlardan biri  məhz Ağdam oldu. 1993-cü il iyul ayının 23-də isə  Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ağdam şəhəri işğal olundu. Həmin hücum nəticəsində rayonun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri qəsb edildi, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər uşaq və böyüyə, qadın və kişiyə fərq qoymadan insanları vəhşicəsinə qətlə yetirərək bəşəriyyətə qarşı ən dəhşətli cinayət törətdilər.

İşğal dövründə ağdamlı məcburi köçkünlərin sosial durumu, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzində saxladığı məsələ olub. Heydər Əliyevin 2001-ci ilin sentyabr ayında imzaladığı fərmanla ağdamlı məcburi köçkünlər üçün rayonun Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Ergi ərazilərində inşa edilən 500 mənzillik qəsəbələr ağdamlılara dövlət tərəfindən göstərilən qayğının təzahürü idi. Qeyd olunan yaşayış məntəqələrində hər cür kommunal xidmətlər təşkil edilib, orta məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər zəruri infrastruktur obyektləri tikilib.

Daha sonra Prezident İlham Əliyevin 2004-cü ilin fevral ayının 4-də imzaladığı Ağdamda yeni qəsəbələrin salınması ilə bağlı Sərəncama əsasən, Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələrində və yük vaqonlarında müvəqqəti yerləşdirilən 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi ərazisində yeni qəsəbələr salınıb, onlara maliyyə yardımı və torpaq sahəsi ayrılaraq məşğulluqları təmin edilib.

Məcburi köçkünlük həyatına baxmayaraq, hər bir ağdamlı əmin idi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı ölkənin hər bir yerində dalğalanacaq, Azərbaycanın işğal altındakı torpaqları azad ediləcək. Və həmin gün gəldi. Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.

Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamları burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.

Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrəti qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam rayonu qan tökülmədən qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub. Həmin il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını ucaldıb.

Ağdam erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılıb. Təsadüfi deyil ki, azad edildikdən sonra Ağdam şəhərinə səfər etmiş əcnəbi jurnalistlərdən biri bu şəhəri “Qafqazın Xirosiması” adlandırmışdı. 

Hazırda Ağdam şəhərində və rayonun bir sıra kəndlərində böyük bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see282

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see275

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see259

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see256

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see255

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see249

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see245

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see245

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see238

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see236

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see235

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see235

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see215

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see214

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see212

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see202

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see197

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see194

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see192

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri