Unudulmaz adlar, işıqlı xatirələr... | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Etibar ƏHƏDOV"Aşkarlıq" qəzetinin baş redaktoru Dəyişən çox şey var.
Hər şey öz axarı ilə gedir. Amma aradan illər keçsə də, heç nə yadımdan çıxmayıb.
Yolum hər dəfə bu yerlərdən keçəndə 70-ci illər yada düşür. Bura Lənkəran şəhərinin mərkəzi hissəsidir.
Bu gün M.A.Əliyev adına Lənkəran Tarix-diyarşünaslıq Muzeyi kimi istifadə olunan və Xan Ssarayı kimi tanınan qırmızı kərpicli, üçmərtəbə yaşayış binası şəhərin ilk çoxmərtəbəli binası sayılır.
Bina 1913-cü ildə Mirəhməd xan Talışinski tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirilib.
Mirəhməd xan Talışinski Mirəsgər xanla əmioğlu, Lənkəran xanı Mirmustafa xanın nəvələri idilər.
Tuğra xanım 1912-ci ildə Tiflisdə keçirilən "Qafqaz gözəli" müsabiqəsində birinci yeri tutmuşdu.
Həkim-stomatoloq Qasım Zeynalovun məlumatına görə, bina tikildiyi dövrdə Tuğra xanım Kislovodsk şəhərində yaşayıbmış.
Tam oxu
Xəbəri oxu