Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Unudulmaz adlar, işıqlı xatirələr...

Unudulmaz adlar, işıqlı xatirələr...

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru

Dəyişən çox şey var. Hər şey öz axarı ilə gedir. Amma aradan illər keçsə də, heç nə yadımdan çıxmayıb. Yolum hər dəfə bu yerlərdən keçəndə 70-ci illər yada düşür. Bura Lənkəran şəhərinin mərkəzi hissəsidir. Bu gün M.A.Əliyev adına Lənkəran Tarix-diyarşünaslıq Muzeyi kimi istifadə olunan və Xan Ssarayı kimi tanınan qırmızı kərpicli, üçmərtəbə yaşayış binası şəhərin ilk çoxmərtəbəli binası sayılır. Bina 1913-cü ildə Mirəhməd xan Talışinski tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirilib. Mirəhməd xan Talışinski Mirəsgər xanla əmioğlu, Lənkəran xanı Mirmustafa xanın nəvələri idilər. Tuğra xanım 1912-ci ildə Tiflisdə keçirilən "Qafqaz gözəli" müsabiqəsində birinci yeri tutmuşdu.

Həkim-stomatoloq Qasım Zeynalovun məlumatına görə, bina tikildiyi dövrdə Tuğra xanım Kislovodsk şəhərində yaşayıbmış. Ev hazır olduqda Lənkərana qayıdıb.

Mirəsgər xan Talışinskinin ikinci qızı Kişvər xanım həkim İsa bəy Əlibəyovun zövcəsi idi. Bu gün İsa bəyin mülkündən Lənkəran Dövlət Universitetinin inzibati binası kimi istifadə edilir.

İsa bəy Balabəy oğlu Əlibəyov Sankt-Peterburqda təhsil almışdı. Həkimlik fəaliyyətinə 1907-ci ildə Lənkəranda başlamışdı. O, Kişvər xanıma elçi düşəndə atası Mirəsgər xan deyir ki, kişinin yaşamaq üçün gərək evi olsun. İsa bəy 1908-ci ildə zadəganlara məxsus yaraşıqlı bir bina tikdirir. Q.Zeynalovun bildirdiyinə görə, İsa bəy binanı elə yerdə inşa etdirir ki, evin balkonundan Mirəsgər xanın evinin pəncərələri, həm də bacanağı Mirəhməd xanın küncdə olan tək balkonu görünür. Binaların bu cür tikilişi bacıların ürəyincə olur və onlar hər səhər Qala Çəməni üzərindən bir-birlərini salamlayırmışlar.

Yazıçı-şair Xanımana Əlibəyli, filologiya elmləri doktoru, professor Gülrux Əlibəyli İsabəy Əlibəyovun qardaşı nəvələridir.

G.Əlibəyli 1995-1997-ci illərdə Lənkərandakı "Hirkan" Özəl Universitetində "Zadəgan etikası" fənnindən dərs deyib (Q.Zeynalov. Qala çəməni, "Aşkarlıq" qəzeti, 22.02.2012).

Qala çəməni XVII-XVIII əsrlərdə Lənkəranın iri, yaraşıqlı meydanlarından idi. Əraziyə indiki Heydər Əliyev meydanı, Zabitlər evi, Həzi Aslanov xiyabanı, Mirəsgər xanın, Mövsüm xanın, Nüsrət bəyin, Əlizadələrin mülkləri, indiki məhkəmə və prokurorluğun binaları və sair daxildir.

Rus kilsəsi də burada yerləşirdi. İndiki məhkəmə binasının yerində Əsgər xana məxsus birmərtəbəli evi də olmuşdu. 1971-1977-ci illərdə Lənkəran radio verilişləri redaksiyasında fəaliyyət göstərdiyim dövrdə iş yerimiz Mirəsgər xanın mülkündə yerləşirdi. Binanın pəncərə şüşələri müxtəlif rəngə çalırdı və göz oxşayırdı.

2015-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə şəxsən tanış olub.

lll

Mirəsgər xan Mirhüseyn xan oğlu Talışinski 1860-cı ildə Lənkəran şəhərində dünyaya göz açıb. Yuxarıda qeyd etdiyimiz kimi, o, Talış xanı Mirmustafa xanın nəvəsidir. Babasından irs kimi qalmış xanlıq titulunu daşıyıb. Filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirhaşım Talışlı ilə birgə hazırladığınız "Lənkəran: ensiklopedik məlumat kitabı"nda Mirəsgər xan Talışinski haqqında məlumat verərkən yazmışıq: "Mirəsgər xan ilk təhsilini İranın Nəmin mədrəsəsində, sonralar Təbrizdə almış, Sankt-Peterburq Universitetinin hüquq fakültəsini (1885) bitirmişdi. 1890-cı ildə Lənkərana qayıdaraq, dövlət qulluğunda işləmişdi. Sonralar Lənkəran şəhər idarəsinin ibtidai təhsil rəhbəri (1894-1898), Bakı quberniyası Lənkəran bölməsinin həbsxana rəisi (1909-1912, 1915) olmuşdu. 1901-ci ildə ona polkovnik rütbəsi verilmişdi. Mirəsgər xan imperiyanın adlı müvəkkili idi. Qafqaz gömrükxana müfəttişliyinin Astara nahiyəsinə və Rusiya Qırmızı Xaç cəmiyyətinin Lənkəran şöbəsinə rəhbərlik (1917-1919) etmişdi. Xalq arasında böyük hörmət və nüfuzu olmuşdu. I Dünya müharibəsində başsız qalmış əsgər ailələrinə, müharibədən şikəst qayıdanlara maddi və mənəvi yardım göstərmişdi. Lənkəran şəhərində fəaliyyət göstərən məktəbləri himayəyə götürmüş, ikisinifli şəhər məktəbinin fəxri müdiri olmuşdu.

Azərbaycan Demokratik Respublikasının yaradılmasında iştirak etmiş, ADR-in Lənkəranda səlahiyyətli nümayəndəsi olmuşdu. Müsavat Partiyası Lənkəran qəza təşkilatının yaradılmasında iştirak etmiş, 1918-1920-ci illərdə partiyanın Lənkəran şəhər təşkilatı sədrinin müavini olmuşdu".

Tanınmış tədqiqatçı Rəzzaq Xansuvarovun məlumatına görə, ADR-in yaradıcısı Məhəmməd Əmin Rəsulzadə 1917-ci il martın 10-da Lənkəranda olarkən, Mirəsgər xan Talışinskinin qonağı kimi dörd gün onun malikanəsində qalıb.

Mirəsgər xanın iki həyat yoldaşı olub. Birinci arvadı Lənkəranın Şağlakücə kəndindən rəiyyət qızı idi. Həmin xanımdan Mircavad adında bir oğlu olmuşdur. Mircavaddan törənənlər "Cavadzadə" soyadını daşıyırlar. Davamçılarından Lənkəranda yaşayıb fəaliyyət göstərənlər var. Dünya şöhrətli cərrah-uroloq Mirməhəmməd Cavadzadə Mirəsgər xanın nəvəsidir.

Mirəsgər xan Talışinskinin ikinci xanımı Saray Bəyimdən yeddi övladı olmuşdu: Mirəsədulla, Mirisrafil, Mirmahmud, İsgəndər, Humaya Sultan xanım, Tuğra xanım və Kişvər xanım.

ADR-in süqutundan sonra Mirəsgər xan Talışinski İrana keçərkən həyat yoldaşı Saray Bəyim xanımla (Pitan xanım) sərhəd keçid məntəqəsində saxlanmış və var-dövləti əlindən alınmışdı. Mirəsgər xanın buna ürəyi dözməyib, o, 1920-ci ildə Nəmində vəfat edib.

lll

Mirmustafa xanın qızı Böyükxanım Talışinskayanın ilk gənclik dövrü Lənkəranda keçmiş, 1826-cı ildə qəriblikdə yaşamışdı. Gözəl ev tərbiyəsi və təhsili alıbmış, ana dilindən başqa rus, ərəb, fars, fransız, türk və talış dillərində sərbəst yazıb oxuya bilirmiş. Talış xanı olan atası Mirmustafa xan 1814-cü ildə vəfat etdikdən sonra yerinə xanın böyük oğlu Mir Həsən xan keçmişdi. Mir Həsən xan Rusiya dövlətindən narazı idi, onun işlərinə qarışan Lənkəran qalasının komendantı İlinski ilə mübarizə aparırdı. XIX əsr tarixçisi Mir Həsən xanın vəziri Mirzə Əhməd "Əxbarnamə" əsərində yazır: "Mayor İlinski beş yüz atlı kazak və rus tərəfdarları ilə Ərkivanda Mir Həsən xanın zövcəsini... və Sadıq xanın qızının mənzilində olan Mir Həsən xanın bacısını Səkinə xanım ilə birlikdə tuturlar". Teymur bəy Bayraməlibəyov "Talış xanlığının tarixi" əsərində yazmışdır ki, mayor İlinski Mir Həsən xanın Böyükxanım adlı bacısını da əsir edərək oğurlayıb Sara (Sarı) adasına aparmışdı. Bacılarının oğurlanması onu pərt etmişdir (D - 687.28597. Talış xanlığının tarixi, səh. 34-35).

Peterburqda Böyükxanımın günləri çox da xoş keçmir, qəriblik həyatı onu sıxır. Bir yandan da sərxoşluqla həyat keçirən əri İlinskinin miskin həyatı onu bezdirir. Peterburqda gimnaziyada fars və türk dillərindən dərs deyən Böyükxanımın ən yadda qalan anları mütaliə etdiyi günlər olub. Heç bir övladı olmayan bu qadın bütün məhəbbətini doğma yurduna dair kitablara salmışdı. Vətən ətrini onlardan alırdı. Savadlı və mütərəqqi bir şəxs kimi aristokratlar arasında böyük hörmət qazanmışdı. G.Məmmədzadənin "Bir faciənin tarixi" ("Lənkəran" qəzeti, 22.01.1991) məqaləsində də qeyd edildiyi kimi, Vətəndə ölmək ona qismət olmayıb. Öləndə sinəsi üstündə müqəddəs "Quran" varmış. "Quran"ın 36-cı - "Yasin" surəsindən olan səhifələr açıq qalıbmış. Ölüm ayağında özü öz duasını oxuyub, sonra vəfat edibmiş. Onun dəfninə çoxlu ziyalı toplaşmışdı. Adlı-sanlı keşiş də çağırılmışdı. Lakin kilsə başçısı biləndə ki, Böyükxanım "Quran" oxuyurmuş, öləndə üstündən müsəlmanların müqəddəs kitabı tapılıb, keşiş deyir: "O, müsəlman kimi ölmüşdür. Ona görə də onu xristian qəbiristanlığında yox, müsəlman qəbiristanlığında dəfn etmək gərəkdir". Belə də edirlər. Müsəlman kimi "tatar qəbiristanlığı"nda dəfn edilir. Böyükxanımın sinəsi üstündə olan "Quran"ın arasından onun vəsiyyətnaməsini tapmışlar. Bu vəsiyyətnamə Böyükxanımın qohumlarından olan general Miribrahim xana çatıb. Məlum olur ki, Böyükxanım ona məxsus olan iki milyon manat pulunu Lənkəranda yaşayan əlsiz-ayaqsızlara, kimsəsizlərə, şikəstlərə verilməsini vəsiyyət edibmiş. Çar hökuməti bu vəsiyyətə əməl etmişdi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri