Icma.az, Saglamolun portalına istinadən məlumat yayır. "... Hər şeyi unuduram.
Getdiyim və gedəcəyim yerləri, edəcəyim işi, evdən çıxarkən götürəcəyim əşyaları tez-tez yadımdan çıxarıram".
Hər bir insan gündəlik həyatında bu sözləri işlədir. Bütün bunlar unutqanlıq əlamətləridir.
Əgər əvvəllər yaşlı nəslin nümayəndələri unutqanlıqdan əziyyət çəkirdilərsə, bu gün gənclər də unutqanlıqdan şikayətlənirlər.
Unutqanlıq 7-dən 77-yə hər kəsin qarşılaşdığı bir problemdir.
Bəzən o qədər də qorxulu hesab etmədiyimiz bu unutqanlıq ən ağır xəstəliyə belə keçə bilər.
Axşam.az bildirir ki, el arasında "unutqanlıq" deyilən bu xəstəlik tibb elmində "amneziya" və ya "yaddaşın keyfiyyət pozuntusu" adlanır.
Amneziyanın növləri... Amneziyanın bir neçə növü var - retroqrat, anteroqrat, epilepsiya, fiksapozon və digər amneziyalar.