Icma.az
close
up
RU
Unutqanlıq xəstəliyi Amneziya

Unutqanlıq xəstəliyi Amneziya

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

"... Hər şeyi unuduram. Getdiyim və gedəcəyim yerləri, edəcəyim işi, evdən çıxarkən götürəcəyim əşyaları tez-tez yadımdan çıxarıram".

Hər bir insan gündəlik həyatında bu sözləri işlədir. Bütün bunlar unutqanlıq əlamətləridir. Əgər əvvəllər yaşlı nəslin nümayəndələri unutqanlıqdan əziyyət çəkirdilərsə, bu gün gənclər də unutqanlıqdan şikayətlənirlər. Unutqanlıq 7-dən 77-yə hər kəsin qarşılaşdığı bir problemdir. Bəzən o qədər də qorxulu hesab etmədiyimiz bu unutqanlıq ən ağır xəstəliyə belə keçə bilər.

Axşam.az bildirir ki, el arasında "unutqanlıq" deyilən bu xəstəlik tibb elmində "amneziya" və ya "yaddaşın keyfiyyət pozuntusu" adlanır.

Amneziyanın növləri...

Amneziyanın bir neçə növü var - retroqrat, anteroqrat, epilepsiya, fiksapozon və digər amneziyalar. Retroqrat amneziya düşüncənin pozulması deməkdir. Belə xəstələr həyatlarında baş verən hadisələri tamamilə unudur. Anteroqrat amneziya travma zamanı əmələ gəlir. Belə xəstələr travma aldıqdan sonra keçmişlərini və gündəlik yaşadıqlarını unudurlar. Yaddaşın keyfiyyət pozuntusu sırasına daxil olan epilepsiyaya əsasən yaşlı adamlarda rast gəlinir. Bəzən epilepsiya gənclərdə də müşahidə olunur. Bu zaman həmin insan həyatda baş verməyən hadisələr uydurur. Belə adamlar baş verən bütün pis hadisələri unudurlar, özlərini dünyanın ən xoşbəxt insanı hesab edirlər. Ancaq bu hal get-gedə irəliləyərək, amneziyanın daha ağır formasına keçə bilər. Psixoterapevt Gülnarə Rəsulovanın sözlərinə görə, bu zaman həmin insana şizofreniya diaqnozu qoyulur: "Poramneziya da şizofreniyanın növlərindəndir. Belə xəstələr istər-istəməz, özlərindən asılı olmayaraq, yalanlar danışırlar. Bəzi hallarda insanlar nəyisə yadda saxlamaqda çətinlik çəkirlər. Yəni onların yaddaşı zəif olur. Buna "fiksapozin amneziyası" deyilir. Bu amneziyanın yüngül formasıdır. Çünki amneziyanın bu növünü demək olar ki, hamıda müşahidə etmək mümkündür. Buna əsasən "müvəqqəti yaddaş pozğunluğu" da deyilir. Belə yaddaş pozğunluğunun tədricən bərpa olunma ehtimalı var. Ümumiyyətlə, amneziya beyin damarlarının zədələnməsi, beyində olan hüceyrələrin azalması deməkdir". Unutqanlığın növlərindən olan praqresiv amneziya da bu xəstəliyin ən ağır növlərindəndir. Gülnarə Rəsulovanın sözlərinə görə, proqressiv amneziya daha da irəlilədikdə insan şüurunu tamamilə məhv edir.

Amneziya insanı ruhi xəstə edir

Bəzən 6-7 yaşlı bir uşaqda da yaddaş zəifliyi müşahidə olunur. Yəni II-III sinfə gedən bir uşağın dərsini yadda saxlamama halları baş verir. Məhz bu zaman valideynlər uşağın xəstə olduğu qənaətinə gəlirlər. Bu amneziya deyil. Əgər uşaqda unutqanlıq halı həddən artıq olarsa, bu zaman həkimə müraciət edilməlidir. Belə uşaqlar əsasən doğuş zamanı zədə almış olurlar. Uşaqlarda amneziyanı müalicə etmək daha asandır. Uşaqlarda amneziyanın yaranmasının  səbəblərindən biri də onlara efirdə gedən bütün xəbərlərə baxmağa icazə verilməsidir. Uşaq xəbərdən sarsılır və düşünməyə başlayır, özünə qapanır. Bu da amneziyanın yaranmasının təməlidir. Uşağı evdə bağlı saxlamaq, onun bayıra çıxmasına, yaşıdları ilə oynamasına icazə verməmək də yaxşı deyil. Belə uşaqlarda da get-gedə amneziya xəstəliyi yarana bilər". Qeyd edək ki, müxtəlif yaş həddində olan insanlarda amneziyaya qarşı aparılan müalicələr də fərqlidir. Uşaqlarda müalicə zamanı istifadə olunan dərmanların miqdarı nisbətən az olur.

Psixoterapevtin sözlərinə görə, amneziya irəlilədikdə insanda ruhi xəstəliklər əmələ gətirir: "Xəstələrin çoxu uşaqlıqlarını xatırlamadıqlarından şikayətlənirlər".

Amneziyaya tutulmamaq üçün...

Amneziyadan qurtulmağın əsas yollarından biri gün ərzində çoxlu kalsium qəbul etməkdir. Bundan başqa unutqanlığı olan adamlar quru meyvələr - kişmiş, ərik, qoz, fındıq ləpəsi yeməlidirlər. Gün ərzində içilən qara çay da yaddaşı zəiflədir. Buna görə də, insanların tez-tez yaşıl çay içmələri məsləhətdir. Yaşıl çay təkcə yaddaşı möhkəmləndirmir, digər orqanizmlərə də təsir edir. Düzdü, hər adam yaşıl çay içə bilmir. Ancaq çalışmalıdır ki, heç olmasa gündə bir dəfə də olsa, yaşıl çay içsin və qara çayın miqdarını azaltsın. Təbii bitkilərlə də amneziyadan qorunmaq olar. Gənc yaşdan nanə, cəfəri, bağayarpağı dəmləmələri qəbul edilməsi daha yaxşıdır. Bunlar amneziyanın qarşısını almaqla yanaşı, yaddaşı da möhkəmləndirir. Heç olmasa həftədə bir dəfə bu bitkilərin dəmləməsindən içmək məsləhətdir.

Statistikaya görə, dünyada 65 yaşı olanlar arasında hər 20 insandan 5-i, 90 yaşlılar arasında isə hər 10 adamdan 9-u amneziyadan əziyyət çəkir. Müasir dövrdə isə gənclər arasında hər 10 nəfərdən 7-si unutqanlıqdan şikayətlənir. Ümumiyyətlə, dünyada 100 milyon insan bu xəstəliyin cəngindədir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri