Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

14.10.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib.

O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib.
Modern.az-ın məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisası üzrə III kursda təhsil alırdı.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecindən bildirilib ki, 20 yaşlı gənc həm də 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən Antiterror əməliyyatlarında iştirak etmişdi.
"Rəşad Məmmədileyv təhsil aldığı müddətdə müsbət insani keyfiyyətləri və nümunəvi davranışı ilə müəllim və tələbə yoldaşlarının dərin hörmət və rəğbətini qazanmışdı", - kollecdən onun haqqında verilən açıqlamada qeyd edilib.
Xatırladaq ki, ötən ilin oktyabrında meyit donorun ürəyi Rəşad Məmmədəliyevə transplantasiya edilmişdi.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью