Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib.
O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib.
Modern.az-ın məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisası üzrə III kursda təhsil alırdı.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecindən bildirilib ki, 20 yaşlı gənc həm də 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən Antiterror əməliyyatlarında iştirak etmişdi.
"Rəşad Məmmədileyv təhsil aldığı müddətdə müsbət insani keyfiyyətləri və nümunəvi davranışı ilə müəllim və tələbə yoldaşlarının dərin hörmət və rəğbətini qazanmışdı", - kollecdən onun haqqında verilən açıqlamada qeyd edilib.
Xatırladaq ki, ötən ilin oktyabrında meyit donorun ürəyi Rəşad Məmmədəliyevə transplantasiya edilmişdi.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 14 Oktyabr 2026 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















