Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ürək xəstəliklərindən uzaq olmaq üçün əsas prinsip sağlam və düzgün qidalanma üsuludur.
Onun əsas prinsipi heyvani yağlardan imtina, mümkün olduğu qədər xörəkləri zeytun yağıyla hazırlamaq, rasionda qoyun ətini azaltmaq, xolesterinlə zəngin qidalardan uzaq olmaqdan ibarətdir.
Ürəyində problemi olanlar əsasən balıq və toyuq əti, həftədə bir-iki dəfə yağsız mal əti və meyvə-tərəvəzlərlə qidalanmalıdırlar.
Bu sözləri Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova AZƏRTAC-a deyib.
O, xəstəliyin profilaktikası barədə bunları söyləyib: "Hər gün azı 45 dəqiqə idman etmək lazımdır. Əslində bu, ən az həddir.
Daha yaxşı olar ki, nə qədər vaxt varsa, bir-iki saat idman edilsin.
Əgər hər gün vaxt yoxdursa, ən azı 5 gün, gün ərzində yarım saat idman edilməlidir.