Icma.az
close
up
RU
Ürək xəstəliklərindən qorunmaq üçün sağlamlıq düsturu

Ürək xəstəliklərindən qorunmaq üçün sağlamlıq düsturu

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ürək xəstəliklərindən uzaq olmaq üçün əsas prinsip sağlam və düzgün qidalanma üsuludur.

Onun əsas prinsipi heyvani yağlardan imtina, mümkün olduğu qədər xörəkləri zeytun yağıyla hazırlamaq, rasionda qoyun ətini azaltmaq, xolesterinlə zəngin qidalardan uzaq olmaqdan ibarətdir. Ürəyində problemi olanlar əsasən balıq və toyuq əti, həftədə bir-iki dəfə yağsız mal əti və meyvə-tərəvəzlərlə qidalanmalıdırlar.

Bu sözləri Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova AZƏRTAC-a deyib. O, xəstəliyin profilaktikası barədə bunları söyləyib: "Hər gün azı 45 dəqiqə idman etmək lazımdır. Əslində bu, ən az həddir. Daha yaxşı olar ki, nə qədər vaxt varsa, bir-iki saat idman edilsin. Əgər hər gün vaxt yoxdursa, ən azı 5 gün, gün ərzində yarım saat idman edilməlidir. İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülmür, çünki əsas etibarilə ürək problemləri və ani hipertonik krizlər səhər saatlarında olur. Axşam yeməyindən 2 saat əvvəl, diabet xəstələrinə axşam yeməyindən 2 saat sonra idman etmək tövsiyə olunur.

Piyada gəzmək çox faydalıdır, amma aktiv sürətlə gəzmək məsləhətdir. Qaçaraq deyil, iri addımlarla addımlamaq daha faydalıdır. Hərəkət zamanı döş sümüyü arxasında ağrıları olmayan və 45 yaşından aşağı olanlar müəyyən qədər idman edə bilərlər.

Hərəkət zamanı döş sümüyü arxasında ağrıları, sıxılma hissi olan və ümumiyyətlə 45 yaşdan yuxarı olanlar idman etməyə başlamazdan əvvəl mütləq həkim müayinəsindən keçməlidirlər. Çünki ürək damarlarında problemi olanlar idman edərkən infarkt və ya ani ölüm keçirə bilərlər. Bunu mütləq nəzərə almaq lazımdır".

Həkim-kardioloq qidalanma barədə də xəbərdarlıq edib: "Yemək zamanı duzun miqdarını bilmək çox vacib məsələdir. Duza olan gündəlik tələbat 6 qramdır və onun bir hissəsi çörəklə qəbul edilir. Çox çörək yedikdə qəbul edilən duzun miqdarı da artır. Eyni zamanda konserv və bütün hazır yeməklərin tərkibində duz var. Ona görə də ilk növbədə, duzu qidadan çıxarmağa çalışmaq lazımdır. Qan təzyiqi varsa duz qəbulunu daha da azaltmaq, gün ərzində 2-3 qram qəbul etmək məsləhətdir. Çoxlu duz qəbul etmək qan təzyiqinin yüksəlməsinə səbəb olan ən başlıca amillərdəndir".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri