Ürəyi qoruyan MEYVƏ

04.02.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Narın tərkibində olan punikalagin adlı maddə ürək-damar və maddələr mübadiləsi xəstəliklərinin riskini azalda bilər. Bu qənaətə Böyük Britaniyanın Kvadram Qidalanma və Sağlamlıq Tədqiqat İnstitutunun alimləri gəliblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Food & Function" jurnalında dərc olunub.

Punikalagin polifenollar qrupuna aid maddədir və nar şirəsində, qabığında, həmçinin bəzi digər bitkilərdə, o cümlədən qızılgüllərdə mövcuddur. Güclü antioksidant təsirə malik olan bu maddə hüceyrələri zərərli təsirlərdən və toksinlərdən qoruyur.

Tədqiqat çərçivəsində alimlər insan bağırsağının laboratoriya modelində müəyyən ediblər ki, punikalagin L-karnitindən trimetilaminin (TMA) yaranmasını demək olar ki, tam bloklayır. Bu proses mühüm hesab olunur, çünki TMA qaraciyərdə ateroskleroz, diabet və erkən ölüm riski ilə əlaqələndirilən bir molekula çevrilir.

Araşdırma zamanı nar ekstraktının müxtəlif komponentləri digər polifenollar, onların metabolitləri və köməkçi maddələr müqayisə edilib. Məlum olub ki, L-karnitinin TMA-ya çevrilməsini ciddi şəkildə dayandıran yeganə maddə məhz punikalagindir. Nar ekstraktı isə bu prosesi tam bloklayıb ki, bu da ehtimal ki, bağırsaq mühitinin turşulaşması və TMA yaradan bakteriyalar üçün əlverişsiz şəraitlə bağlıdır.

Alimlər vurğulayırlar ki, tədqiqat eksperimental model üzərində aparılıb və hələlik insanlarda birbaşa təsirin sübutu deyil. Bununla belə, əldə olunan nəticələr punikalagini gələcəkdə ürək-damar və metabolik xəstəliklərin riskini azaltmağa yönəlmiş pəhriz və profilaktik strategiyalarda perspektivli təbii maddə kimi önə çıxarır.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью