Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. “Gündəlik həyat tərzində insanlar daha çox stressə məruz qalır və bu onlarda sağlamlıqları ilə
Pasiyentlərdə də gördüyümüz kimi stress onların həm gündəlik həyatına, həm psixoemosional durumuna, eyni zamanda da sağlamlığına ciddi təsir
Son illərdə aparılan tədqiqatlar göstərir ki, ürək-damar xəstəlikləri yalnız yaşlıların deyil, artıq gənclərin də sağlamlığına ciddi zərərlə
Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.
O bildirib ki, stress insan bədənində bir növ “təcili vəziyyət” siqnalı yaradır: “Bədən bu vəziyyətə reaksiya olaraq, adrenal hormonlar ifrazedir, ürək döyüntüsü artır, qan təzyiqi yüksəlir, əzələlər gərginləşir.
Əgər bu hal qısa müddət davam edirsə, orqanizm bu vəziyyətdən zərərsiz çıxır.
Amma xroniki stress, yəni uzunmüddət davam edən psixoloji təzyiq bədənin bu balansını pozur və xüsusilə də ürək üçün ciddi fəsadlar yaradır.
Uzunmüddətli stress zamanı ürək daim yüklənmiş vəziyyətdə qalır, damarlar daralır və bu da qan dövranında pozğunluqlara səbəb olur.