Icma.az
close
up
RU
Ürəyimiz sadəcə sevgi hiss etdiyimiz bir orqan deyil... HƏKİM AÇIQLADI

Ürəyimiz sadəcə sevgi hiss etdiyimiz bir orqan deyil... HƏKİM AÇIQLADI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Gündəlik həyat tərzində insanlar daha çox stressə məruz qalır və bu onlarda sağlamlıqları ilə bağlı mövzunu gündəmə gətirir. Pasiyentlərdə də gördüyümüz kimi stress onların həm gündəlik həyatına, həm psixoemosional durumuna, eyni zamanda da sağlamlığına ciddi təsirlər göstərir. Son illərdə aparılan tədqiqatlar göstərir ki, ürək-damar xəstəlikləri yalnız yaşlıların deyil, artıq gənclərin də sağlamlığına ciddi zərərlər verə bilir”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

O bildirib ki, stress insan bədənində bir növ “təcili vəziyyət” siqnalı yaradır: “Bədən bu vəziyyətə reaksiya olaraq, adrenal hormonlar ifrazedir, ürək döyüntüsü artır, qan təzyiqi yüksəlir, əzələlər gərginləşir. Əgər bu hal qısa müddət davam edirsə, orqanizm bu vəziyyətdən zərərsiz çıxır. Amma xroniki stress, yəni uzunmüddət davam edən psixoloji təzyiq bədənin bu balansını pozur və xüsusilə də ürək üçün ciddi fəsadlar yaradır. Uzunmüddətli stress zamanı ürək daim yüklənmiş vəziyyətdə qalır, damarlar daralır və bu da qan dövranında pozğunluqlara səbəb olur. Nəticədə, yüksək qan təzyiqi, ürək ritmində pozğunluq (aritmiya), hətta infarkt riski meydana çıxır.

Bu vəziyyət təkcə yaşlı insanlarda deyil, gənc nəsildə də sürətlə yayılmaqdadır. Əvvəllər 50-60 yaşından sonra görünən ürəkxəstəlikləri bu gün artıq 20-30 yaşlı insanlarda rast gəlinir. Bunun başlıca səbəblərindən biri gənclərin psixoloji və fiziki olaraq getdikcə daha çox yüklənməsidir. İmtahanlar, karyera təzyiqləri, iş tapmaq çətinliyi, maddi sıxıntılar və sosial mediadan qaynaqlanan “özünü daim başqası ilə müqayisə etmə” halı gənclərdə stressi artırır. Bu stress bəzən depressiya, bəzən isə fiziki pozğunluqlarla özünü göstərir. Amma çox vaxt fərqinə varılmadan ürək-damar sistemini içəridən zəiflədir.

Bununla yanaşı, hərəkətsiz həyat tərzi və sağlam olmayan qidalanma da gənclərin ürək sağlamlığını təhdid edir. Günboyu oturaq vəziyyətdə qalmaq, fiziki aktivliyin az olması, fast-food və qazlı içkilərlə qidalanma, kifayət qədər su içməmək, siqaret və elektron siqaret istifadəsi – bütün bunlar stressin yaratdığı təsirləri daha da gücləndirir. Əlavə olaraq, gec yatmaq, yuxusuzluq və qeyri-müntəzəm yuxu da ürəyin normal işləməsinə mənfi təsir edir.

Maraqlı və düşündürücü məqamlardan biri də odur ki, gənclər çox zaman sağlam olduqlarını düşünürlər və sadalanan faktorları ciddiyə almırlar. Ancaq mütəxəssislərin fikrincə, məhz bu dövrdə formalaşan vərdişlər gələcəkdə ürək xəstəliklərinin əsasını qoyur. Gənc yaşda başlayan yüksək təzyiq, xolesterin artımı, artıq çəki, hərəkətsizlik və stressin birlikdə təsiri illər sonra ürəkdə ciddi problemlərin yaranmasına gətirib çıxarır. Təəssüf ki, bəzi hallarda bu, artıq gecikmiş olur.

İlk addım maariflənmək və özümüzə diqqət etməyə başlamaqdır. Stressi idarə etmək öyrənilə bilən bir bacarıqdır. Dərin nəfəs alma, açıq havada gəzinti, meditasiya vəya sevdiyin fəaliyyətlərlə məşğul olmaq stresi azalda bilər. Fiziki aktivlik isə təkcə stressi yox etməyə yox, həm də ürəyin daha güclü işləməsinə kömək edir. Gün ərzində cəmi 30 dəqiqə piyada gəzmək belə böyük fərq yarada bilər. Sağlam qidalanmaq, kifayət qədər su içmək, yuxu rejiminə əməl etmək və siqaret kimi zərərli vərdişlərdən uzaq durmaq da ürək sağlamlığını qorumağın əsas yollarındandır.

Ən əsası isə odur ki, gənclər mütəmadi olaraq tibbi yoxlanışdan keçməli və ürəklərinin vəziyyətini izləməlidirlər. Ürək xəstəlikləri çox zaman gizli şəkildə başlayır və ilkin mərhələdə heç bir əlamət verməyə bilər. Amma vaxtında aparılan müayinə, sadə qan analizləri və təzyiq ölçümü ilə bu risklər vaxtında aşkarlana və qarşısı alına bilər. Unutmayaq ki, ürəyimiz sadəcə sevgi hiss etdiyimiz bir orqan deyil, həyatımızın əsas mühərrikidir. Onu stressdən, yanlış həyat tərzindən və laqeydlikdən qorumaq bizim məsuliyyətimizdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri