Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Bədənimizin ən önəmli orqanı olan ürəyimizin sağlamlığını qorumaq üçün diqqətli olmalıyıq.
Son illər əsasən günlük həyatımızla bağlı olan bir sıra ürək xəstəlikləri riski artıb.
Hər hansı problem yarandığı halda ürəyimiz bunu bizə kiçik siqnallarla ötürür.
Lakin biz bu siqnallara nə dərəcədə diqqət edir və qarşısını alırıq?
Saglamolun.az ürəyin düzgün işləmədiyini göstərən bəzi əlamətləri təqdim edir: 1.
Qollarda ağrı Ürək xəstəliyinin ən vacib əlamətlərindən biri qola yayılan ağrıdır.
Belə hallarda qol ağrısı kişilərdə əsasən sol tərəfdə , qadınlarda isə hər iki qolda özünü göstərə bilər.
Bəzən insanlar bunu sinir sistemi ilə əlaqələndirsə də, mütləq ürək müayinə olunmalıdır. 2.