Icma.az
close
up
RU
Ürəyinizin xəstə olduğunu göstərən 8 ƏLAMƏT

Ürəyinizin xəstə olduğunu göstərən 8 ƏLAMƏT

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Bədənimizin ən önəmli orqanı olan ürəyimizin sağlamlığını qorumaq üçün diqqətli olmalıyıq. Son illər əsasən günlük həyatımızla bağlı olan bir sıra ürək xəstəlikləri riski artıb.

Hər hansı problem yarandığı halda ürəyimiz bunu bizə kiçik siqnallarla ötürür. Lakin biz bu siqnallara nə dərəcədə diqqət edir və qarşısını alırıq?

Saglamolun.az ürəyin düzgün işləmədiyini göstərən bəzi əlamətləri təqdim edir:

1. Qollarda ağrı

Ürək xəstəliyinin ən vacib əlamətlərindən biri qola yayılan ağrıdır. Belə hallarda qol ağrısı kişilərdə əsasən sol tərəfdə , qadınlarda isə hər iki qolda özünü göstərə bilər. Bəzən insanlar bunu sinir sistemi ilə əlaqələndirsə də, mütləq ürək müayinə olunmalıdır.

2. Şiddətli öskürək

Şiddətli öskürək tək nəfəsalma sisteminin deyil, ürək xəstəliyinin də simptomu ola bilər. Öskürək müalicəyə tabe olmur və çox uzun, aylarla davam edirsə, bu ürək çatışmazlığına işarə edə bilər.

3. Ayaqlarda şişlər

Heç bir səbəb olmadan bud, ayaqlar və ayaq biləyində şişkinlik yaranırsa, bu, ürək xəstəlikləri ilə əlaqəli ola bilər. Ürək yaxşı işləməyəndə, qan dövranı pozulur, zəifləyir, damarlarda durğunluq yaranır, qan damarlarındakı maye ətrafdakı toxumalara sızır. Bu da şişkinliyə səbəb olur. Belə olduqda həkimə müraciət etmək mütləqdir. Xüsusilə corab geyindiyiniz zaman ayaq biləyinizdə gözəçarpan iz qalırsa diqqətli olmanızda fayda var.

4. Mədə bulantısı və iştahasızlıq

Ürək xəstəlikləri və ürək çatışmazlığı zamanı xəstədə tez-tez səbəbsiz ürəkbulanması, iştahasızlıq olur. Bu zaman qarın ağrıları da müşahidə oluna bilər. Bu narahatlıqları eyni anda keçirirsinizsə dərhal həkimə müraciət edin.

5. Ruh düşkünlüyü, depressiya

Tədqiqatlar göstərir ki, narahat və mənfi əhval-ruhiyyəli insanların ürək xəstəliklərinə tutulması göstəricisi yüksəkdir. Ümumiyyətlə, pis əhval bir çox xəstəliklərin yaranmasına səbəb ola bilir. Ürək xəstəlikləri də öz növbəsində depressiya, ruh düşkünlüyü kimi simptomara səbəb ola bilir.

6. Huşunu itirmək

Ürək xəstəliklərinin yaranmasında ən çox görünən simptomlardan biri huşunu itirmədir. Bunun səbəbi ürəyin pis işlədiyi üçün beyində qan dövranının pozulmasıdır.

7. Dəridə göyərmələr, qançırlar

Bu, əsasən qan dövranının pisləşməsi nəticəsində baş verir.

8. Dəri xəstəlikləri

Tədqiqatlar göstərir ki, dəri xəstəlikləri olanlarda, xüsusilə də ekzema xəstələrinin 48%-də yüksək təzyiq, 29%-də isə yüksək xolesterol var. Bu tip insanlarda başqalarına nisbətən ürək xəstəliklərinin inkişafına 59% daha çox rast gəlinir. / medicina.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri