Uruqvayda matəm elan edildi

15.05.2025

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Uruqvay hökuməti ölkənin keçmiş prezidenti Xose Muxikanın vəfatı ilə əlaqədar mayın 16-dək matəm elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos Neqro məlumat yayıb. 
“Bu gün mən ən kədərli imzalarımdan birini prezident Muxikanın ölümü ilə bağlı mayın 16-dək davam edəcək matəm fərmanına atmalı oldum”, - Neqro deyib. 
Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Uruqvay hakimiyyəti dəfn mərasimində xarici nümayəndə heyətlərinin iştirakını gözləyir.
Xatırladaq ki, Muxika mayın 13-də 90 yaşında dünyasını dəyişib.Yanvarda o, diaqnozu qoyulan qida borusu xərçənginin başqa orqanlara keçdiyini və müalicəsinin mümkün olmadığını açıqlayıb və həmyerliləri ilə vidalaşıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью