Uruqvayda matəm elan edildi
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uruqvay hökuməti ölkənin keçmiş prezidenti Xose Muxikanın vəfatı ilə əlaqədar mayın 16-dək matəm elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos Neqro məlumat yayıb.
“Bu gün mən ən kədərli imzalarımdan birini prezident Muxikanın ölümü ilə bağlı mayın 16-dək davam edəcək matəm fərmanına atmalı oldum”, - Neqro deyib.
Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Uruqvay hakimiyyəti dəfn mərasimində xarici nümayəndə heyətlərinin iştirakını gözləyir.
Xatırladaq ki, Muxika mayın 13-də 90 yaşında dünyasını dəyişib.Yanvarda o, diaqnozu qoyulan qida borusu xərçənginin başqa orqanlara keçdiyini və müalicəsinin mümkün olmadığını açıqlayıb və həmyerliləri ilə vidalaşıb.
Baxış sayı:78
Bu xəbər 15 May 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















