Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. Valideynlər üçün övladlarına ad qoymaq həyatda verdikləri ən önəmli qərarlardan biridir
Çünki ad sadəcə fərdi kimlik deyil, həm də gələcəkdə insanın xarakterinə, cəmiyyət içində qəbuluna və hətta karyerasına təsir göstərir.
Lakin bir çox ölkədə ad seçmək yalnız ailə məsələsi hesab olunmur və bunun qanuni tərəfi də mövcuddur.
Müxtəlif ölkələrdə valideynlərin övladlarına istənilən adı vermək hüququ məhdudlaşdırılıb.
Məqsəd uşağın gələcəkdə təhqir, lağ və ya sosial uyğunsuzluqla qarşılaşmasının qarşısını almaqdır.
Almaniyadakı qanunlara görə uşağa qoyulan ad cinsiyyətini aydın göstərməlidir.
Məsələn, “Alex” qəbul edilə bilər, amma “Mələk” kimi adlar müzakirə mövzusu ola bilər.
Həmçinin, təhqiramiz və ya gülünc adlara icazə verilmir. Fransa məhkəmələr uşağın adını dəyişdirə bilər, əgər həmin ad uşağın mənafeyinə zid