Uşağı ana südündən kəsmək üçün 3 VACİB İPUCU | Icma.az
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Maraqlıdır ki, hamiləlikdən başlayaraq doğuşdan sonra ilk 6 ay anaları ən çox narahat edən körpələrini ana südü ilə qidalandırmaq məsələsi olduğu halda, 1 yaşından sonra artıq həmin anaları süddən kəsmək məsələsi daha çox narahat edir.
Yeri gəlmişkən, uşağın ana südündən “kəsilməsi” sözünə daha çox önəm veririk, nəinki ana südünü “tərgitməsi” sözünə çünki, “tərgitmək” sözünün adətən pis vərdişlərə şamil edirik.
Ana südü ilə qidalanmaq isə pis vərdiş deyil, o səbəbdən “kəsilmək” sözü burada daha çox yerinə düşür.
Nəzərə almaq gərəkdir ki, 1 və ya 2 il ana südü ilə qidalanan uşağa ananın isti və qidalandıcı döşündən qısa zamanda ayrılmaq həm mənəvi, həm də fiziki cəhətdən heç də asan deyil.
Bu prosesə müəyyən qədər hazırlıq görmək, bolluca vaxt, körpəni kəsmək üçün səbirli olmaq, dəstək tapmaq və düzgün yanaşma tətbiq etmək mütləqdir.
Çünki, aqressiv şəkildə və ya qəfil döşdən (məsələn, iyrəndirməklə, gilələrə acı və ya xoşagəlməz maddələr sürtməklə, ananın uşağı məcburi şəkildə özündən uzaqlaşdırmaqla və s.) kəsilən uşaqlarda uzun müddətdə psixoloji travmanın izlərini sezmək olar.
Ana uşağı nə qədər döşdən “itələyəcəksə”, uşaq da bir o qədər şiddətli şəkildə “döşdən yapışıb” anasının əsəblərini tarıma çəkəcəkdir.
Tam oxu
Xəbəri oxu