Icma.az
close
up
RU
Uşağı ana südündən kəsmək üçün 3 VACİB İPUCU

Uşağı ana südündən kəsmək üçün 3 VACİB İPUCU

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Maraqlıdır ki, hamiləlikdən başlayaraq doğuşdan sonra ilk 6 ay anaları ən çox narahat edən körpələrini ana südü ilə qidalandırmaq məsələsi olduğu halda, 1 yaşından sonra artıq həmin anaları süddən kəsmək məsələsi daha çox narahat edir.

Yeri gəlmişkən, uşağın ana südündən “kəsilməsi” sözünə daha çox önəm veririk, nəinki ana südünü “tərgitməsi” sözünə çünki, “tərgitmək” sözünün adətən pis vərdişlərə şamil edirik. Ana südü ilə qidalanmaq isə pis vərdiş deyil, o səbəbdən “kəsilmək” sözü burada daha çox yerinə düşür.

Nəzərə almaq gərəkdir ki, 1 və ya 2 il ana südü ilə qidalanan uşağa ananın isti və qidalandıcı döşündən qısa zamanda ayrılmaq həm mənəvi, həm də fiziki cəhətdən heç də asan deyil. Bu prosesə müəyyən qədər hazırlıq görmək, bolluca vaxt, körpəni kəsmək üçün səbirli olmaq, dəstək tapmaq və düzgün yanaşma tətbiq etmək mütləqdir. Çünki, aqressiv şəkildə və ya qəfil döşdən (məsələn, iyrəndirməklə, gilələrə acı və ya xoşagəlməz maddələr sürtməklə, ananın uşağı məcburi şəkildə özündən uzaqlaşdırmaqla və s.) kəsilən uşaqlarda uzun müddətdə psixoloji travmanın izlərini sezmək olar. Ana uşağı nə qədər döşdən “itələyəcəksə”, uşaq da bir o qədər şiddətli şəkildə “döşdən yapışıb” anasının əsəblərini tarıma çəkəcəkdir.

Tövsiyyə olunan 2 il əmizdirmə müddətini tamamlayandan sonra uşaqlarda müəyyən qədər ayrılmağa yetişkənlik sezmək olur. Bu səbəbdən ana südündən kəsilmək 2 ilin tamamında deyil, 2 ilin tamam olduğu müddətdən sonra başlayır və bir neçə ay çəkə bilir. Adətən uşaqlar 2 yaş yarım və hətta 3 yaşa yaxın süddən tamamən və travmasız kəsillirlər. Süddən kəsilmə prosesi valideynlərin xüsusən ananın təşəbbüsü ilə başlanılmalıdır.

Uşaqların süddən kəsilməyə hazırlıq əlamətləri hansılardır?

- Ən ağrılı çıxanlar da daxil olmaqla bütün dişlərin hamısı artıq çıxıb qurtarıbdır.

- Günorta əmizdirmələrin sayı qat-qat azalıbdır.

- Uşaq yalnız günorta yuxusu üçün ana südü payını alır.

- Döş istəyərkən diqqəti asanlıqla yayınır və bərk qida yemək təklifini qəbul edir.

- Ara-sıra günorta və gecə ana südü əmmədən yuxuya gedə bilir (məsələn, maşında və ya gəzinti zamanı uşaq arabasında).

- Ana südünün qəbulunun azalmasına baxmayaraq, davranışında əsəbilik, gərginlik və mənfi hallar özünün göstərmir.

- Yuxarıda verilən əlamətləri uşağında sezən valideynlər artıq süddən kəsmək prosesinə başlaya bilərlər. Bunun üçün aşağıdakı ipucularından istifadə etmək tövsiyə olunur:

İpucu 1: Məlum bir haldır ki, eyni dərmanı bir neçə nəfər içər və hərəsi fərqli effektlə üzləşər, kimisi şəfa tapar, kimisinə isə heç bir fayda verməz. Bunun səbəbi isə Yaradanın bizə həmin dərman və vasitələrlə şəfa qapısı açıb-açmamasıdır. Məhz bu səbəbdən ilk öncə süddən kəsmək prosesinə dua ilə başlamaq valideynlərə psixoloji rahatlıq verər. Dua edin ki, Uca Yaradan süddən kəsmə strategiyasının hər bir addımını ana-bala cütlüyü üçün səbəb salsın və travmasız süddən kəsilmə qismət etsin.

İpucu 2. Bütün üsullarla gündüzlər əmizdirmələri dayandırmaq. Bunun üçün bir neçə yol var: Hər dəfə əmizdirilmək istəyəndə fikrini bərk qidaya yönəltmək və təklifi qəbul etdiyi halda yemək yedizdirmək. Yemək qəbulu fasilələrinə diqqət yetirmək- ifrat yedizdirməmək və ac olmasına da əsas verməmək.Yəqin hiss etmisiniz ki, uşaq darıxdıqda özünü əyləndirmək üçün əmizdirilməsini istəyir. Bu səbəbdən onun asudəsini adi günlərdən daha rəngarəng etmək, birlikdə keyfiyyətli vaxt keçirmək gərəkdir.Günorta yuxularını uşağın sevdiyi insana (ata, nənə, baba, bibi, xala, dayı, əmi, dayə və s.) həvalə etmək. Anaya müvəqqəti yardım üçün hər gün fərqli kiminsə gəlməyini xahiş etmək yerinə düşər. Bunun üçün hətta uşağın yay aylarından xaric gəzintisini günorta saatlarına da sala bilərsiniz ki, gəzinti əsnasında arabasında yuxuya getsin.

İpucu 3. Əgər ananın süddən kəsməyə yardımı yoxdursa:

Uşağı əmizdirmək üçün ona xüsusi vaxt ayırmaq və bu haqda ona bildirmək lazımdır. Körpəyə söz verin ki, onu axşam yuxusundan öncə əmizdirəcəksiniz və sözünüzü tutun. Prosesə yalan qatmayın. Bundan əziyyət çəkən ilk öncə özünüz olacaqsınız.

Əgər körpənin qayğısına qalan yalnız anadırsa bu halda ana daha israrlı və səbrli olmalıdır.

Yuxuya getmək əsnasında uşağın sevdiyi mövqeyi tutun və döşdən fikrini ona maraqlı olan söhbətlərlə yayındırın. Bu halda körpənin ağlaması və etiraz etməsi normaldır. Lakin fasilələrlə də olsa fikri döşdən yayınırsa və yuxuya gedirsə, demək düz yoldasınız.

Ən sıxıntılı və stressli məqamlarda qarnınızla (qarnınızı nəfəs alarkən qabartmaq və nəfəs verərkən boşaltmaq şərti ilə) dərindən nəfəs alın.

Şiddətə qətiyyən yol verməyin. Səbrdən çıxmayın. Təmkinlə və sakit səslə ona təkrar-təkrar axşam onu əmizdirəcəyinizi deyin.

Bütün yuxarıda verilənləri sınayaraq, uşağınız bir gün gündüz və gücə yuxuya gedərsə bunu davamlı olaraq növbəti günlər təkrar edin. Bunları körpənin tam vərdişinə düşənə qədər təkrarlamağa ehtiyac olacaqdır. Unutmayın ki, bu prosesdə ən əsas davamlılıqdır. Bir gün belə, növbəti gün fərqli olarsa, sıfırdan başlayası olacaqsınız. Bunları tətbiq edərkən uşağın əhvalına da nəzarət edin. Əgər əsəbilik və aqressiya yer alırsa prosesi müvəqqəti dayandırın. Həmçinin əgər uşaq xəstələnərsə, süddən kəsmək prosesinə fasilə verin və onu ehtiyac duyduğu qədər əmizdirməyə çalışın. Ən əsası isə “axır-əvvəl bir gün süddən kəsiləcəkdir” fikri ilə nikbinlik əhvalında olun.

Müəllif: Səltənət Zülfüqarova

Əmizdirmə məsləhətçisi

Vib.az

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri