Uşağı dərs oxumağa necə həvəsləndirməli? | Icma.az
Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Valideynlər övladlarının daima yeni bilik və bacarıqlar əldə etmələri, dərslərinə həvəsli olmaları, müvəffəqiyyət əldə etmələri üçün çalışsalar da bəzən bunu necə etməli olduqlarını bilmirlər.
Məktəbdə fənn müəlliminin dərs prosesini necə qurması dərsə motivasiyanın vacib amillərindən biridir.
Siz valideynlər isə öhdəliyinizə düşənləri edərək bu istiqamətdə övladınıza yardımçı olmalısınız.
Övladınızda dərsə motivasiya yaratmaq üçün: - Dərslərini rahat edə bilməsi üçün uyğun şərait yaradın.
- Dərslərini yorğun zamanında etməməsinə diqqət edin. Məktəbdən gəldikdən sonra dincəlməsi üçün şərait yaradın.
Daha sonra isə dərslərini etməyə başlaması məqsədəuyğundur. - Dərsləri arasında fasilələr verməsi önəmlidir.
Bu övladınızın dərslərini daha yaxşı mənimsəməsinə və yorulmamasına kömək edər.
Tam oxu
Xəbəri oxu