Icma.az
close
up
RU
Uşağı dərs oxumağa necə həvəsləndirməli?

Uşağı dərs oxumağa necə həvəsləndirməli?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Valideynlər övladlarının daima yeni bilik və bacarıqlar əldə etmələri, dərslərinə həvəsli olmaları, müvəffəqiyyət əldə etmələri üçün çalışsalar da bəzən bunu necə etməli olduqlarını bilmirlər.

Məktəbdə fənn müəlliminin dərs prosesini necə qurması dərsə motivasiyanın vacib amillərindən biridir. Siz valideynlər isə öhdəliyinizə düşənləri edərək bu istiqamətdə övladınıza yardımçı olmalısınız.

Övladınızda dərsə motivasiya yaratmaq üçün:

- Dərslərini rahat edə  bilməsi üçün uyğun şərait yaradın.

- Dərslərini yorğun zamanında etməməsinə diqqət edin. Məktəbdən gəldikdən sonra dincəlməsi üçün şərait yaradın. Daha sonra isə dərslərini etməyə başlaması məqsədəuyğundur.

- Dərsləri arasında fasilələr verməsi önəmlidir.  Bu övladınızın dərslərini daha yaxşı mənimsəməsinə və yorulmamasına  kömək edər.

- Bilik əldə etməyin faydaları barədə övladınıza məlumat verin. Bu zaman ən doğru sözlərdən istifadə etməyiniz dediklərinizin övladınız üçün anlaşıqlı olmasına kömək edər. Övladınız sizin dediyinizi yalnız dinləməməli, dərk edərək özü üçün faydalı şəkildə istifadə etməlidir. Uzun mühazirələrlə bu halı darıxdırıcı etməyin.

- Müəlliməsinə hörmətlə yanaşın. Sizin münasibətiniz övladınızın münasibətini formalaşdırır.  Məktəbə, müəlliməsinə olan münasibət dərslərə olan marağını daha da artırar.

- Ev tapşırıqlarını yerinə yetirmək əvəzinə oyunlar oynamağı daha üstün tutan övladınıza  ev tapşırığını zamanında yerinə yetirmələri üçün motivasiya edin. Məsələn, “ev tapşırığını bitirdikdən sonra həyətə gedərik” ,  “dərslərini bitirdikdən sonra birlikdə filmə baxarıq” və s. kimi cümlələrlə onu həvəsləndirə bilərsiniz.

- Dərslərində əldə etdiyi kiçik uğurlarına belə  sevindiyinizi ona hiss etdirin.

- Dərsdən sonra övladınızla məktəbdə olanlar barədə danışın. Onun dostları, müəlliməsi, dərsləri barədə fikirlərini bölüşməsinə imkan yaradın. Diqqətiniz onun üçün çox önəmlidir.

- Övladınıza məktəbdə alacağı təhsilin onun gələcək həyatı üçün nə dərəcədə önəmli olduğu barədə danışın.

- Dərslərində zəif nəticə əldə etdiyində digər uşaqlarla və ya özünüzün məktəbdə olan uğurlarınızla müqayisə etməyiniz övladınızda özünəinamsızlıq yaradar. Ona inandığınızı, növbəti dəfə daha yaxşı nəticələr əldə edə biləcəyini, bunun üçün biraz daha artıq çalışmalı olduğunu  bildirməniz daha məqsədəuyğun olar.

- Həftəni və ya dərs ilini uğurla  başa vuran övladınızı mükafatlandırın.

- Bilik əldə etməyin faydaları barədə övladınıza məlumat verin. Bu zaman ən doğru sözlərdən istifadə etməyiniz dediklərinizin övladınız üçün anlaşıqlı olmasına kömək edər. Övladınız sizin dediyinizi yalnız dinləməməli, dərk edərək özü üçün faydalı şəkildə istifadə etməlidir. Uzun mühazirələrlə bu halı darıxdırıcı etməyin.

Valideyn.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri