Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Agentliyin destruktiv fəaliyyəti milyonlarla insana ziyan vurub Elə bir gün yoxdur ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) barədə qalmaqallı xəbərlər dünya mediasında peyda olmasın.
Ötən gün belə bir məlumat yayıldı ki, Livandakı “Hizbullah” silah anbarında USAID-in yardım paketləri tapılıb.
İsrail hərbçilərinə istinadən “New York Post” qəzeti bildirir ki, israilli əsgərlər Livanda bir kənddə patrul xidməti apararkən “Hizbullah”ın dayaq məntəqisini aşkarlayıblar.
Orada hərbçilər USAID paketləri ilə birlikdə snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələr aşkar ediblər.
Bu fakt bir daha onu göstərir ki, USAID nizamnaməsindən kənar fəaliyyət göstərib və heç də həmişə dünyaya sülh, demokratiya və azadlıq gətirməyib.
USAID-in ABŞ-ın xarici siyasət aləti olması barədə çox yazılıb.
“Yumşaq güc” kimi istifadə edilən bu qurum uzun illər ərzində digər ölkələrin daxili işlərinə qarışması ilə məşğul olub.