Icma.az
close
up
RU
Menu

ABŞ də qadın 3 qızını öldürüb, intihar etdi FOTOLAR

2025 ci ilin 6 ən yaxşı smartfonu SİYAHI

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

Stresi atmaq üçün göbəklərinə sürtürlər

Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində ölkəmizin hədəflərini dünyaya bir daha bəyan etdi

Android işlədənlərin NƏZƏRİNƏ

Yanacaqdoldurma məntəqəsində müştərini döyən qardaşlar məhkəmə zalından həbs edildi

Tramp cavab rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb

Evdə gənc cütlüyün meyitləri tapıldı: 2 həftə sonra ana ata olacaqdılar VİDEO

Mövsümün sonunda İtaliya nəhənginə keçəcək Mourinyo razılıq verdi

Azərbaycanda fəaliyyət göstərən RADİOLAR

ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq

Yeni əməkdaşlıq perspektivi...

Seul: Pxenyan arıllıq zamanı KXDR də qalan ailələr üçün tikilmiş binanı sökür

Orta dəhliz: Azərbaycan Çin münasibətlərinin modern bağı TƏHLİL

Prosedur və bahalı kosmetika olmadan dərini necə yaxşılaşdırmaq olar? Kosmetoloqdan məsləhətlər

Azərbaycan Çin tərəfdaşlığı: “Strateji əməkdaşlıq sazişinin imzalanması Bakı və Pekin arasında…”

Tottenhem də bir dövrün sonu

Ən sağlam yanaşma mövsümi və yerli qidalanmaqdır AYDINLIQ GƏTİRİLDİ

AL: Fənərbağça Anderlext i şapalaqladı , Qalatasaray ı şoka saldılar

USAID kəşfiyyat orqanlarının himayəsi

USAID kəşfiyyat orqanlarının himayəsi

Xalq qazeti-dan verilən məlumata görə, Icma.az xəbər verir USAID kəşfiyyat orqanlarının himayəsi.

Agentliyin destruktiv fəaliyyəti milyonlarla insana ziyan vurub

Elə bir gün yoxdur ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) barədə qalmaqallı xəbərlər dünya mediasında peyda olmasın. Ötən gün belə bir məlumat yayıldı ki, Livandakı “Hizbullah” silah anbarında USAID-in yardım paketləri tapılıb. İsrail hərbçilərinə istinadən “New York Post” qəzeti bildirir ki, israilli əsgərlər Livanda bir kənddə patrul xidməti apararkən “Hizbullah”ın dayaq məntəqisini aşkarlayıblar. Orada hərbçilər USAID paketləri ilə birlikdə snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələr aşkar ediblər. Bu fakt bir daha onu göstərir ki, USAID nizamnaməsindən kənar fəaliyyət göstərib və heç də həmişə dünyaya sülh, demokratiya və azadlıq gətirməyib. 

USAID-in ABŞ-ın xarici siyasət aləti olması barədə çox yazılıb. “Yumşaq güc” kimi istifadə edilən bu qurum uzun illər ərzində digər ölkələrin daxili işlərinə qarışması ilə məşğul olub. Demokratiya və azadlıq devizləri altında USAID-in hətta dövlət çevrilişlərində də əli olduğu məlumdur. Bu günlərdə Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, agentlik yardım adı altında ABŞ-ın siyasi təsirini təşviq etməklə və xüsusən Macarıstanda hökumətin devrilməsi üçün hazırlıq işlərini maliyyələşdirməklə məşğul olub: “ABŞ Prezidenti son illərdə Birləşmiş Ştatların müxtəlif dövlət qurumları tərəfindən kimə və nə qədər pul ayrıldığını ictimaiyyətə açıqlamaq qərarına gəlib. Belə çıxır ki, liberal qlobal elita ABŞ büdcəsindən və hökumətindən amerikalıları bütün dünyada öz monetar və ideoloji məqsədlərini maliyyələşdirməyə sövq edir. Yardım kimi təqdim edilib, amma, əslində, bu, siyasi təsir vasitəsidir”.

Cənab Orban həm də vurğulayıb ki, USAID-in ABŞ-dakı fəaliyyəti ilə bağlı məlumatların açıqlanmasından sonra böyük qalmaqal yaranıb. Onun sözlərinə görə, bir tərəfdən amerikalı milyarder Corc Sorosun fondlarından gələn pullar, digər tərəfdən isə ABŞ büdcəsi hesabına bütün dünyada “icmaların məhv edilməsi, miqrasiyaya dəstək, ailələrə qarşı və gender problemlərinin maliyyələşdirilməsi üçün” layihələr həyata keçirilib. Belə ki, agentlik xüsusi olaraq yalnız sol partiyalara aid mövzuları dəstəkləyib, müvafiq media qurumlarını, media platformalarını, onlayn kommunikasiyaları və vətəndaş cəmiyyəti təşkilatlarını maliyyələşdirib. “Bütün bunlar solçuların gücünü artırıb və onların hamısı bu pulu hökuməti devirmək məqsədilə alıb. Başqa sözlə, müxalifət partiyalarını gücləndirmək və Macarıstan hökumətini devirmək üçün vəsait xərcləyiblər”, – deyə Macarıstanın Baş naziri bildirib.

Baş nazir Orbanın sözlərinə görə, “Tramp tornado yaradıb və təmizləyici dəyişiklik küləyi gətirib” və indi bəzi sirlər açılır və ABŞ-ın kimə və nəyə pul xərclədiyi aydınlaşır: “Əvvəlki administrasiyanın (Co Baydenin – S.E.) şkafından o qədər çox “skelet” tökülür ki, artıq oradan sərbəst keçmək mümkün deyil. Dünyanın hər yerində liberal elita öz məqsədlərinə amerikalılar hesabına çatmağa və bunun üçün xarici yardımdan istifadə etməyə çalışıb ki, bu da, əslində, siyasi alət idi”. V.Orban hesab edir ki, bu, bir sıra Mərkəzi Avropa ölkələrində, o cümlədən Serbiya, Slovakiya və Macarıstanda baş verib, burada bəzi QHT və media vasitələri xaricdən maliyyələşib, müxalif siyasətçilərə dəstək olub, indiki hakimiyyəti gözdən salmağa çalışıblar. “Amerikada onları xarici agent adlandırardılar, çünki onlar öz ölkələrinə xidmət etmirlər, lakin başqa dövlətdən pul qəbul edirlər”, - baş nazir vurğulayıb. O, bu tərifi xüsusilə bəyənmədiyini, lakin hər halda onların xaricdən maliyələşən insanlar və təşkilatlar olduğunu deyib. Həmçinin əlavə edib ki, belə təşkilatların işi Macarıstan hökumətini devirməkdən ibarət olub.

Baş nazir Orbanın fikrincə, bu cür təcrübələr milli suverenliyi təhdid edir və Macarıstanda dayandırılmalıdır: “Amerikadan gələn vəsaitlərin istifadəsi ilə bağlı bütün faktlar açıqlanmalıdır və onları alanlar hüquqi nəticələrlə üzləşəcəklər. Xaricdən gələn heç bir pul Macarıstan siyasətinə təsir etmək üçün istifadə oluna bilməz. Bu, qanuna uyğun şəkildə təmin olunacaq”. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin dekabrından Macarıstanda siyasi partiyaların xaricdən maliyyələşdirilməsini cinayət hesab edən və üç ilə qədər həbs cəzası nəzərdə tutan qanun qüvvədədir. Milli Suverenliyin Müdafiəsi İdarəsinə qadağaya əməl olunmasına nəzarət etmək və potensial pozucular haqqında məlumat toplamaq tapşırılıb.

Xatırladaq ki, ötən həftə cənab Orban USAID-i bağladığına görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. O, agentliyin Macarıstandan maliyyələşdirdiyi fəal təşkilatlar şəbəkəsini “süpürmək” və Budapeştin siyasətinə təsir göstərmək məqsədilə xaricdən pul alanlara qarşı sanksiyalar tətbiq etməyin lazım olduğunu bildirib. Bundan əvvəl rəsmi Budapeşt ABŞ Demokratlar Partiyasına yaxın strukturları Macarıstanın daxili işlərinə qarışdıqlarına görə dəfələrlə tənqid edib. Xüsusilə, 2024-cü ilin oktyabrında Macarıstan diplomatiyasının rəhbəri Peter Siyarto ABŞ-ın 2022-ci ildə keçirilən parlament seçkilərinə müdaxilə etməsi barədə məlumat vermişdi.

Moldovanın sabiq prezidenti Vladimir Voronin də USAID-i dövlət çevrilişinə cəhddə iştirakda ittiham edib. O deyib ki, bu, təxminən, 2009-cu ilə təsadüf edir, o zaman Kommunist Partiyasının parlament seçkilərindəki qələbəsindən narazı olan Avropayönlü müxalifətin tərəfdarları Kişinyovun mərkəzində etiraz aksiyaları keçirmişdilər. Baxmayaraq ki, beynəlxalq müşahidəçilər səsvermənin düzgün olduğunu qəbul etmişdilər. Moldovalı jurnalist Georgi Gontsa ilə YouTube-da müsahibəsində V.Voronin deyib ki, onların iştirakı haqqında məlumatı olub: “Bu məsələlərdə səlahiyyətli şəxslərdən və bilavasitə Kişinyovda bütün bunları təşkil edənlərdən müvafiq məlumatımız var idi. Lakin onları saxlaya və məsuliyyətə cəlb edə bilmədik. Onların diplomatik pasportları, həmçinin ABŞ, Rumıniya və digər ölkələrin vətəndaşlarının pasportları var idi”. 

Xatırladaq ki, 2009-cu ilin aprelində Kommunist Partiyasının parlament seçkilərindəki qələbəsindən narazı olan Avropapərəst müxalifətin tərəfdarları Aİ və qonşu Rumıniyanın bayraqlarının asıldığı parlamenti və prezident iqamətgahını dağıdaraq yandırmışdılar. Sabiq prezident Voroninin göstərişi ilə polis iğtişaşçılara qarşı silahdan istifadə etməmişdi. Bununla belə, iğtişaşlar zamanı 100-ə yaxın polis də daxil olmaqla 270 nəfər xəsarət almış, 1 nəfərin isə həlak olduğu bildirilmişdi. Kommunist Partiyası erkən seçkilər keçirməyə məcbur olmuş və nəticədə, Moldovada hakimiyyət dəyişikliyi baş vermişdi.

Öz nizamnaməsinə görə, USAID iqtisadiyyat, səhiyyə, təhsil və təcili humanitar yardımı dəstəkləməlidir. Amma faktiki olaraq agentlik 100-dən çox ölkədə ofisləri və illik büdcəsi 50-60 milyard dollar olan əsl cinayətkar şəbəkəyə çevrilib. USAID həm də mülki fəalların, seçki müşahidəçilərinin və jurnalistlərin hazırlanmasına yönəlmiş layihə və proqramları maliyyələşdirməklə dünya ölkələrində dövlət çevrilişləri hazırlamaqda və təşkil etməkdə təqsirkardır. USAID-in fəaliyyəti, demək olar ki, yarandığı gündən tənqid olunur. Agentlik yalnız maliyyə xarakterli deyil, müxtəlif qalmaqallarla da əlaqələndirilib. USAID-in Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentlərini ört-basdır etdiyi və qurumun özünün ABŞ-a düşmən olan hökumətlərə qarşı gizli əməliyyatlar apardığı tez-tez qeyd olunub. Bu faktı amerikalı siyasətçilər də etiraf edirlər. Məsələn, oğul Robert Kennedi USAID-i “MKİ-nin himayəsi” adlandırıb. “USAID və MKİ, əslində, demokratiya ilə məşğul deyillər: “Bilirsiniz, MKİ 1947-1997-ci illər arasında, məncə, 83 hökuməti devirib. Bu, Yer üzündəki hökumətlərin üçdə biri deməkdir və onların əksəriyyəti demokratik idi”.

USAID-in analoji əməliyyatları xüsusilə Latın Amerikasında yaxşı tanınır. Onlardan biri 2014-cü ildə Kubada yerli repçilərə dəstək adı altında hökumət əleyhinə gənclər hərəkatının yaradılmasıdır. Bundan əlavə, 2010-cu illərdə USAID Kuba sosial şəbəkəsi ZunZuneo-nu idarə edib və burada da ölkə hökumətinə qarşı etirazları qızışdırmağa cəhd göstərib. Bu, bütün dünyada USAID-in müdaxilə təcrübəsinin daha geniş modelinin bir hissəsidir. Venesuelada agentlik ölkədə sabitliyin pozulmasına töhfə verən Nikolas Maduro hökumətinə qarşı çıxan müxalifət hərəkatlarının maliyyələşdirilməsində fəal iştirak edib. USAID-in fəaliyyəti siyasi gərginliyi və daxili parçalanmaları artıraraq Venesuelanı daha da parçalanmış vəziyyətə salıb. Ölkə xarici müdaxilələr nəticəsində hələ də iqtisadi və siyasi böhranlardan qurtula bilmir. 

ABŞ-ın xarici siyasətinin tanınmış tənqidçisi Noam Çomskinin fikrincə, USAID “Amerika imperializminin “humanitar yardım” adı altında ABŞ maraqlarını təşviq etmək üçün nəzərdə tutulmuş alətindən başqa bir şey deyil”. O deyir ki, agentliyin fəaliyyəti çox vaxt məhsuldar olmur, siyasi qeyri-sabitliyi gücləndirir və ölkələrdə demokratik təsisatları sarsıdır. 

Cənab Çomskinin tənqidini digər ekspertlər də bölüşürlər və onlar agentliyin müxalifət hərəkatlarını maliyyələşdirdiyini, seçkilərə müdaxilə etdiyini və xarici hökumətlərin sabitliyini pozduğunu qeyd edirlər. ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin 2014-cü il hesabatına əsasən, 2001-2013-cü illər arasında USAID-ə 70 milyard dollardan çox pul verilib ki, bunun da böyük hissəsi məqsədlərinə çata bilməyən layihələrə gedib. Bundan əlavə, qurumun lazımi nəzarəti həyata keçirməməsi vəsaitlərin sui-istifadəsinə, korrupsiyaya və israfçılığa səbəb olub.

Bu qədər faktlarla tanış olduqdan sonra demək olarmı ki, belə bir qurumun gələcəyi yoxdur? ABŞ-ın indiki administrasiyası USAID barədə kifayət qədər tənqidi fikirlər səsləndirib  və bu, belə güman etməyə əsas verir ki, Ağ ev Birləşmiş Ştatların maraqlarına zidd fəaliyyət göstərən təşkilatın gələcəyini görmür. Okeanın o tayında da alma qurduna bənzədilən USAID-in fəaliyyətinin bərpası xeyli çətin görünür. 

S.ELAY
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də qadın 3 qızını öldürüb, intihar etdi FOTOLAR

13 Fevral 2025 12:16see144

2025 ci ilin 6 ən yaxşı smartfonu SİYAHI

13 Fevral 2025 12:16see144

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

13 Fevral 2025 04:02see131

Stresi atmaq üçün göbəklərinə sürtürlər

13 Fevral 2025 04:04see127

Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində ölkəmizin hədəflərini dünyaya bir daha bəyan etdi

13 Fevral 2025 17:49see120

Android işlədənlərin NƏZƏRİNƏ

13 Fevral 2025 19:24see119

Yanacaqdoldurma məntəqəsində müştərini döyən qardaşlar məhkəmə zalından həbs edildi

13 Fevral 2025 09:51see112

Tramp cavab rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb

14 Fevral 2025 00:12see111

Evdə gənc cütlüyün meyitləri tapıldı: 2 həftə sonra ana ata olacaqdılar VİDEO

13 Fevral 2025 21:35see111

Mövsümün sonunda İtaliya nəhənginə keçəcək Mourinyo razılıq verdi

13 Fevral 2025 09:45see111

Azərbaycanda fəaliyyət göstərən RADİOLAR

13 Fevral 2025 16:25see110

ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq

13 Fevral 2025 12:15see110

Yeni əməkdaşlıq perspektivi...

13 Fevral 2025 09:55see110

Seul: Pxenyan arıllıq zamanı KXDR də qalan ailələr üçün tikilmiş binanı sökür

13 Fevral 2025 08:31see110

Orta dəhliz: Azərbaycan Çin münasibətlərinin modern bağı TƏHLİL

13 Fevral 2025 11:36see109

Prosedur və bahalı kosmetika olmadan dərini necə yaxşılaşdırmaq olar? Kosmetoloqdan məsləhətlər

13 Fevral 2025 06:31see109

Azərbaycan Çin tərəfdaşlığı: “Strateji əməkdaşlıq sazişinin imzalanması Bakı və Pekin arasında…”

13 Fevral 2025 23:57see107

Tottenhem də bir dövrün sonu

13 Fevral 2025 12:16see107

Ən sağlam yanaşma mövsümi və yerli qidalanmaqdır AYDINLIQ GƏTİRİLDİ

13 Fevral 2025 10:36see106

AL: Fənərbağça Anderlext i şapalaqladı , Qalatasaray ı şoka saldılar

14 Fevral 2025 02:14see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri