Uşaq məktəbə necə hazırlanmalıdır? Psixoloq məsləhəti | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 sentyabr, AZƏRTAC Uşaqlar birinci sinfə gedərkən həyəcan, qorxu və digər bir çox fərqli emosiyalar yaşaya bilərlər.
Bütün bu emosiyalar tamamilə normaldır. Həyəcan yeni mühitə və sinif yoldaşları ilə tanışlığa bağlıdır.
Qorxu çox vaxt valideynlərdən ayrılma və çətinliklər qarşısında narahatlıqdan qaynaqlanır.
Sevinc isə öyrənməyə maraq, dost qazanmaq istəyi və özünü “böyük” hiss etməkdən irəli gəlir.
Valideyn və müəllimlərin dəstəyi uşağın bu qarışıq hisslərinin balanslaşdırması və məktəbi daha tez sevməsinə kömək edir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova səsləndirib.
O bildirib ki, psixoloji baxımından məktəbə getməzdən əvvəl uşağın müəyyən sosial təcrübələrə sahib olması çox vacibdir.
Onu üç əsas bloka bölmək olar. İlk növbədə uşaq qrup daxilində ünsiyyət bacarıqları qazanmalıdır.
Tam oxu
Xəbəri oxu