Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Uşaq məktəbə necə hazırlanmalıdır? Psixoloq məsləhəti

Uşaq məktəbə necə hazırlanmalıdır? Psixoloq məsləhəti

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 sentyabr, AZƏRTAC

Uşaqlar birinci sinfə gedərkən həyəcan, qorxu və digər bir çox fərqli emosiyalar yaşaya bilərlər. Bütün bu emosiyalar tamamilə normaldır. Həyəcan yeni mühitə və sinif yoldaşları ilə tanışlığa bağlıdır. Qorxu çox vaxt valideynlərdən ayrılma və çətinliklər qarşısında narahatlıqdan qaynaqlanır. Sevinc isə öyrənməyə maraq, dost qazanmaq istəyi və özünü “böyük” hiss etməkdən irəli gəlir. Valideyn və müəllimlərin dəstəyi uşağın bu qarışıq hisslərinin balanslaşdırması və məktəbi daha tez sevməsinə kömək edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova səsləndirib.

O bildirib ki, psixoloji baxımından məktəbə getməzdən əvvəl uşağın müəyyən sosial təcrübələrə sahib olması çox vacibdir. Onu üç əsas bloka bölmək olar. İlk növbədə uşaq qrup daxilində ünsiyyət bacarıqları qazanmalıdır. Bu, ya uşaq bağçasında, ya da müxtəlif oyun qruplarında digər uşaqlarla oynamaq, oyuncaqlarla bölüşmək, qaydalara əməl etmək kimi vərdişlərlə formalaşır. İkinci mühüm təcrübə uşağın emosiyaları idarə etməsidir. Belə ki, uşaq başqalarının hisslərini nəzərə almağı, növbəsini gözləməyi, sözlərini kəsməməyi və münaqişələr zamanı aqressiv reaksiya verməməyi öyrənməlidir. Bu normalar evdə qoyulan qaydalar vasitəsilə asanlıqla aşılanır. Üçüncü istiqamət isə sərbəstik bacarıqlarıdır. Uşağın öz paltarını geyinməsi, çantasını hazırlaması və müəllimdən kömək istəməyi bacarması məktəb həyatını daha rahat edir. Bu bacarıqlar uşaqda özünə inamı artırır və məktəbə adaptasiya prosesini daha sağlam edir. “Uşaq yaşıdları ilə müqayisə edildikdə, onun motivasiyası güclənmir, əksər hallarda bu, istənilən nəticəni vermir. Çünki həmyaşıdları ilə müqayisə uşağın motivasiyasını və özünəinamını aşağı salır. O, özünün qəbul olunmadığını hiss edir, öyrənməyə və ünsiyyətə marağını itirir. Bəzi uşaqlarda rəqabət hissi ola bilər, lakin bu, istisnadır. Psixoloji cəhətdən düzgün yanaşma uşağı yalnız özü ilə müqayisə etməkdir. Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin isə ilk addımı onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun müddət eyni fəaliyyətə fokuslana bilmirlər. Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə almaq vacibdir. Buna görə də, tapşırıqları daha kiçik hissələrə bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları 5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan olur. Bundan əlavə, interaktiv metodlardan istifadə uşaqların dərslərə marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu azaldır, həm də uşağın marağını canlı saxlayır. Digər mühüm istiqamət emosional mühit və motivasiyadır. Uşağı daim tənqid etmək əvəzinə, kiçik nailiyyətlərini vurğulamaq onun özünəinamını artırır. Eyni zamanda, gündəlik rejimin qurulması tövsiyə olunur. Bu, onun beynində “indi dərs vaxtıdır, indi isə oyun” kimi aydın siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır. Qeyd etmək lazımdır ki, diqqət məşqləri və oyunlardan istifadə etmək çox faydalıdır. Məsələn, iki şəkil arasında fərqlərin tapılması, tapmacalar və ya qısa yaddaş oyunları uşağın diqqətini inkişaf etdirir”,- deyə psixoloq əlavə edib.

İlahə Dadaşova valideynlərin yüksək gözləntilərinin uşağa zərər verə biləcəyindən danışıb: “Yüksək standartlara uyğunlaşmağa çalışan uşaq “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi ilə yaşayır. Bu, xroniki stres, qorxu və motivasiyanın itməsinə səbəb olur. “Sən bunu bacarmalısan” təzyiqi əvəzinə “Sənin bacarığına inanıram” uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də motivasiyasını gücləndirir. Bu yanaşma uşağın psixikasını qoruyur və onu həqiqətən də motivasiya edir”.

O qeyd edib ki, ev tapşırıqlarını müstəqil yerinə yetirməkdə çətinlik çəkən uşaqlara dəstək mərhələli öyrətmə prinsipi əsasında tətbiq olunur. Yəni, uşaqdan birdən-birə tam müstəqillik gözləmək əvəzinə, əvvəlcə ona istiqamətlər göstərilir. Sonra isə tədricən dəstəyi azaldaraq, uşağın özünün işləməsinə şərait yaradılır. Bu yanaşma uşağın həm məsuliyyət, həm də özünəinam hissini gücləndirir. “Paralel olaraq, həvəsləndirici mühit yaradılmalıdır. Belə ki, uşağın hər kiçik addımını belə dəyərləndirmək – “bu hissəni çox yaxşı etdin, indi növbəti mərhələni də sınayaq” kimi ifadələrlə onu təşviq etmək faydalıdır. Bu yanaşma uşağa “bacarıram” hissini verir və tapşırıqdan qaçmaq əvəzinə cəhd göstərməsini təmin edir. Eyni zamanda, uşağa seçim hüququ verin. “Hansı fənndən başlayaq?” və ya “Hansı qələmi seçəcəksən?” cümlələri onun müstəqillik və öz seçiminə görə məsuliyyət hissini inkişaf etdirir. Ən əsası, uşaqların öyrənmə prosesində göstərdikləri səylərini qiymətləndirmək lazımdır. Bu halda gec-tez istənilən nəticə əldə olunacaq”, - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri