Uşaqlar havanın çirklənməsinə xüsusilə həssasdır Nazir | Icma.az
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Havanın çirklənməsi ürək xəstəlikləri, insult, tənəffüs yolu infeksiyaları, ağciyər xərçən
Uşaqlar havanın çirklənməsinin mənfi təsirlərinə xüsusilə həssasdırlar.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyadakı uşaqların təqribən 93%-i, yəni 15 yaşınadək 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır ki, bu da kritik inkişaf fazaları zamanı pis sağlamlıq nəticələrinə gətirib çıxarır.
Nazir qeyd edib ki, körpələr və uşaqlar xüsusilə havanın çirklənməsinə məruz qaldıqda bu, ağciyərlərin sağlamlığına ciddi mənfi təsir edir.
T.Musayev ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təbliğinin Azərbaycan hökumətinin əsas prioriteti olduğuna da diqqət çəkib.
O qeyd edib ki, Səhiyyə Nazirliyi ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumlarla birlikdə ölkə ərazisində havanın keyfiyyətinə fəal şəkildə nəzarət edir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq Sazişi çərçivəsində hər iki qurumun mütəxəssisləri Azərbaycanda havanı çirkləndirənlərin ölüm hallarına təsirinin monitorinqinə başlayıb.
Əsas hava çirkləndiricilərinin sağlamlığa təsirlərini qiymətləndirməyə imkan verən, ÜST tərəfindən hazırlanmış proqram təminatından istifadə etməklə növbəti beşillik dövr ərzində monitorinq nəticələrinin xülasə hesabatı hazırlanır.
Tam oxu
Xəbəri oxu