Icma.az
close
up
RU
Uşaqlar havanın çirklənməsinə xüsusilə həssasdır Nazir

Uşaqlar havanın çirklənməsinə xüsusilə həssasdır Nazir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Havanın çirklənməsi ürək xəstəlikləri, insult, tənəffüs yolu infeksiyaları, ağciyər xərçəngi və diabet kimi bir çox xəstəlik üçün risk faktorudur. Uşaqlar havanın çirklənməsinin mənfi təsirlərinə xüsusilə həssasdırlar.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyadakı uşaqların təqribən 93%-i, yəni 15 yaşınadək 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır ki, bu da kritik inkişaf fazaları zamanı pis sağlamlıq nəticələrinə gətirib çıxarır.

Nazir qeyd edib ki, körpələr və uşaqlar xüsusilə havanın çirklənməsinə məruz qaldıqda bu, ağciyərlərin sağlamlığına ciddi mənfi təsir edir.

T.Musayev ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təbliğinin Azərbaycan hökumətinin əsas prioriteti olduğuna da diqqət çəkib. O qeyd edib ki, Səhiyyə Nazirliyi ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumlarla birlikdə ölkə ərazisində havanın keyfiyyətinə fəal şəkildə nəzarət edir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq Sazişi çərçivəsində hər iki qurumun mütəxəssisləri Azərbaycanda havanı çirkləndirənlərin ölüm hallarına təsirinin monitorinqinə başlayıb. Əsas hava çirkləndiricilərinin sağlamlığa təsirlərini qiymətləndirməyə imkan verən, ÜST tərəfindən hazırlanmış proqram təminatından istifadə etməklə növbəti beşillik dövr ərzində monitorinq nəticələrinin xülasə hesabatı hazırlanır. Havanın çirklənməsinin sağlamlığa təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq üçün maarifləndirici proqramlar davam etdirilir”.

Nazir təəssüflə deyib ki, səhiyyə işçilərinin iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə məlumatlılığı hələ də qənaətbəxş səviyyədə deyil.

“Azərbaycan Tibb Universitetində “İqlim dəyişikliyi və sağlamlıq” fənni tədris olunur. UNİCEF-in dəstəyi ilə Səhiyyə Nazirliyi səhiyyə işçiləri üçün “Uşaqların ətraf mühitin sağlamlığı” mövzusunda təlimlər təşkil edib. Əsas məqsəd səhiyyə işçiləri arasında bilik və bacarıqların artırılması, iqlim dəyişikliyinin və ətraf mühitin çirklənməsinin təsirləri haqqında məlumatlılığın artırılması olub”, – T.Musayev əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri