Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq. Son vaxtlar uşaqlar arasında yayılan xəstəliklər valideynlərin narahatlığına səbəb olub.
Bəziləri COVİD olduğunu deyir, bir qismi qızılcadan şübhələnir, digərləri isə yeni bir virus yayıldığını iddia edirlər.
Xəstəliyi ağır keçirən də var, iki günə sağalan da. Bəs uşaqlar arasında yayılan xəstəlik əslində nədir?
Həqiqətən, koronovirusdur, yoxsa yeni növ virusla üz-üzəyik?
Ən əsası, bu virusla necə mübarizə aparmalıyıq?Pediatr Vaqif Qarayev kaspi-yə deyir ki, payız və qış aylarında havaların soyuması virusların aktivliyini artırır.
Bu dövrlərdə respirator infeksiyalar (soyuqdəymə, qrip və s.) daha çox yayılır.
Soyuq havada uşaqların immuniteti zəifləyir və viruslara qarşı həssas olurlar: "Hazırda uşaqlar arasında yayılan mövsümi viruslardır.
Bu, hər il olub, olacaq da. Ölkə ərazisində havalar tez-tez dəyişir.