Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Uşaqlar niyə kütləvi şəkildə xəstələnir?

Uşaqlar niyə kütləvi şəkildə xəstələnir?

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.

Son vaxtlar uşaqlar arasında yayılan xəstəliklər valideynlərin narahatlığına səbəb olub. Bəziləri COVİD olduğunu deyir, bir qismi qızılcadan şübhələnir, digərləri isə yeni bir virus yayıldığını iddia edirlər. Xəstəliyi ağır keçirən də var, iki günə sağalan da.

Bəs uşaqlar arasında yayılan xəstəlik əslində nədir? Həqiqətən, koronovirusdur, yoxsa yeni növ virusla üz-üzəyik? Ən əsası, bu virusla necə mübarizə aparmalıyıq?

Pediatr Vaqif Qarayev kaspi-yə deyir ki, payız və qış aylarında havaların soyuması virusların aktivliyini artırır. Bu dövrlərdə respirator infeksiyalar (soyuqdəymə, qrip və s.) daha çox yayılır. Soyuq havada uşaqların immuniteti zəifləyir və viruslara qarşı həssas olurlar:

"Hazırda uşaqlar arasında yayılan mövsümi viruslardır. Bu, hər il olub, olacaq da. Ölkə ərazisində havalar tez-tez dəyişir. Bu mövsümdə daha çox tənəffüs sistemini zədələyən respirator viruslar baş qaldırır. Ümumi əlamətləri isə qızdırma, burun tıxanıqlığı, öskürək, halsızlıq və zəiflikdir. Valideynlərin bəziləri COVID olduğunu düşünür. "COVID yoxdur” demirik, amma hazırda koronavirusla bağlı ölkədəki vəziyyət qənaətbəxşdir. Bu viruslar COVID deyil, mövsümi viruslardır”.

Virusla mübarizə aparmağın yollarına gəldikdə isə, pediatr deyir ki, onun kütləvi şəkildə yayılmasının səbəbi bağçalar və məktəblərdir:

"Xüsusilə, 16 sentyabrdan sonra uşaqların xəstələnməsi ilə bağlı zənglərin ardı-arası kəsilmir. Valideynlər də şikayətlənirlər ki, uşaq məktəbə gedir, xəstələnib gəlir. Uşaqların qapalı məkanlarda, xüsusən də məktəblərdə və bağçalarda sıx təmasda olması virusların asanlıqla yayılmasına şərait yaradır. Qrup şəklində tədris zamanı bir uşağın xəstə olması digərlərinə də infeksiyanı ötürə bilər. Bunun səbəbi məktəb, yaxud bağça deyil, valideynlərdir. İnfeksiya məktəbdən öncə də var idi. İnfeksiyanı yaradan məktəb deyil. Sadəcə olaraq, xəstə uşaq məktəbə getməməli, evində oturmalıdır. Uşağını xəstə-xəstə məktəbə yola salan valideyn həm öz övladını təhlükəyə atır, həm də digər uşaqları yoluxdurur. Çünki xəstə uşaq evdə istirahət etməsə, gec sağalır, hətta bəzən ağırlaşma halları olur. Biz bunu valideynlərə izah edə bilmirik. Mövsümi viruslar ev şəraitində üç-dörd günə sağala bilər. Əsas qızdırmaya nəzarət etmək, meyvə-tərəvəzlərlə zəngin menyu və yataq rejimidir. Ümumiyyətlə isə, əllərin düzgün yuyulmaması, sanitariya qaydalarına riayət olunmaması virusların yayılmasını asanlaşdıran əsas faktorlardandır. Uşaqlar arasında gigiyenik vərdişlərin aşılanması vacibdir”.

Hazırda uşaqlar üçün təhlükəli hesab edilən virus isə Koksakidir. Həkim vurğulayır ki, bu virus qızdırma və ishalla müşahidə olunur:

"Bu virusu kiçik yaşlı uşaqlar üçün daha təhlükəli hesab edirəm. Çünki qusma və ishalla uşaqlar maye itirir, bu, kompensasiya olmalıdır. Üç yaşa qədər, xüsusilə südəmər uşaqlarda həkim nəzarəti mütləqdir. Evdə müalicə, həkim məsləhəti olmadan uşağa antibiotik vermək vəziyyəti daha da pisləşdirir. Xəstəliyin əlamətlərinə gəldikdə isə, hərarət yüksəlir, ağızda, əllərdə, ayaqlarda, bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Spesifik müalicəsi yoxdur, hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Virus düzgün müalicə olunarsa, 5-7 gün ərzində keçir”.

Pediatr Nigar Mirzəyeva da təsdiqləyir ki, müraciət edən uşaqlarda yüksək hərarət, davamlı asqırma, burun axıntısı, əzələ və boğaz ağrısı müşahidə edilir:

"Payızın gəlişi, məktəb və bağçaların açılması səbəbilə uşaqlar arasında kəskin respirator virus infeksiyaları ilə yoluxma halları artmaqdadır. Viruslar yoluxucu olduğu üçün qapalı məkanlarda bir uşaq xəstələndiyi zaman bütün uşaqlar bu virusa yoluxurlar. Yoxlanışa gələn uşaqlarda aparılan qan və ya boğaz yaxma analizlərində COVID testi pozitiv çıxan uşaqlar da olur”.

Xəstəliyin müalicəsinə gəldikdə, pediatr vurğulayır ki, digər virus infeksiyalar kimi bol maye qəbulu, istirahət və simptomatik müalicə aparılır:

"Hərarətsalıcı, öskürək əleyhinə müalicə, burun tıxanıqlığı və ya axıntısı ilə bağlı burun damcıları təyin olunur. Qorunma yollarına gədikdə isə, ilk olaraq, bağça və məktəbə getməzdən öncə, uşaqların yaşa uyğun bütün peyvəndlərinin tamamlanması məsləhətdir. Peyvəndlər virusa bağlı ağırlaşmaların qarşısını alan ən yaxşı vasitədir. Bu gün uşaqların ağırlaşmalarla xəstəxanaya yatış səbəbi əsasən, inflüenzadır. Xüsusilə oktyabr-noyabr aylarında qrip peyvəndi ilə bundan qorunmaq mümkündür. Hazırda həm dövlət, həm də özəl xəstəxanalara müraciət edib yararlana bilərlər”.

Həkimlər vurğulayır ki, viruslardan qorunmaq üçün uşaqlar tez-tez əllərini yumalı, gigiyenik qaydalara riayət etməli, onların sağlam və balanslı qidalanmasına diqqət yetirilməli, olduqları məkanların havasını tez-tez dəyişməli və mövsümə uyğun geyimlər seçərək havanın təsirlərindən qorunmalıdırlar. Peyvəndlər, xüsusilə qripə qarşı vaksinlər, uşaqların virus infeksiyalarına qarşı müdafiəsini gücləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 04 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri