Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 1-də keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə bir tapşırıqda texniki səhv olduğunu etiraf edib.
Mərkəz həmin sualın düzgün cavablandırılmış kimi qiymətləndiriləcəyini açıqlayıb.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, mövzuya münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu cür halların baş verməsi artıq təəccüblü deyil, çünki son illərdə demək olar ki, hər imtahan sessiyasında oxşar problemlər qeydə alınır.
“Bundan bir neçə gün öncə keçirilən imtahanlarda tarix fənni üzrə də müəyyən uyğunsuzluqlarla bağlı şikayətlər yayılmışdı.
Özüm dəfələrlə müşahidə etmişəm ki, DİM bu proseslərə ciddi diqqət ayırır.
Tapşırıqlar hələ test bazasına yerləşdirilməzdən əvvəl yoxlanılır, imtahan günü isə bunkerdə həmin tapşırıqlar ən azı iki peşəkar tərəfindən bir daha təsdiqlənərək buraxılır.
Bu qədər yoxlamalara baxmayaraq, səhvlərin təkrar baş verməsi artıq texniki xətadan çox, sistemli problemdən və ya məsuliyyət boşluğundan xəbər verir”, – O.Gündüz qeyd edib.