Icma.az
close
up
RU
“Uşaqlar stress keçirir, sistem isə səhvlərlə doludur!” DİM nəyi düz etmir? KONKRET

“Uşaqlar stress keçirir, sistem isə səhvlərlə doludur!” DİM nəyi düz etmir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 1-də keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə bir tapşırıqda texniki səhv olduğunu etiraf edib. Mərkəz həmin sualın düzgün cavablandırılmış kimi qiymətləndiriləcəyini açıqlayıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, mövzuya münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu cür halların baş verməsi artıq təəccüblü deyil, çünki son illərdə demək olar ki, hər imtahan sessiyasında oxşar problemlər qeydə alınır.

“Bundan bir neçə gün öncə keçirilən imtahanlarda tarix fənni üzrə də müəyyən uyğunsuzluqlarla bağlı şikayətlər yayılmışdı. Özüm dəfələrlə müşahidə etmişəm ki, DİM bu proseslərə ciddi diqqət ayırır. Tapşırıqlar hələ test bazasına yerləşdirilməzdən əvvəl yoxlanılır, imtahan günü isə bunkerdə həmin tapşırıqlar ən azı iki peşəkar tərəfindən bir daha təsdiqlənərək buraxılır. Bu qədər yoxlamalara baxmayaraq, səhvlərin təkrar baş verməsi artıq texniki xətadan çox, sistemli problemdən və ya məsuliyyət boşluğundan xəbər verir”, – O.Gündüz qeyd edib.

Onun sözlərinə görə, bu kimi xırda görünən hallar əslində abituriyentlər üçün ciddi psixoloji yük yaradır:

“Bu bir sual abituriyent üçün vaxt itkisi, gərginlik və stress deməkdir. Həmin tapşırıq üzərində düşünərkən sərf olunan enerji digər sualların cavablandırılmasına da təsir edir. Valideynlər, müəllimlər və məktəb üçün də bu, narahatlıq doğuran ciddi məsələdir. DİM-in sonradan bu vəziyyəti sadəcə “texniki səhv” adlandırıb keçməsi düzgün yanaşma deyil”.

Osman Gündüz hesab edir ki, artıq bu mərhələdə texnologiyaların, xüsusilə süni intellektin (AI) bu proseslərə cəlb olunması zərurətə çevrilib:

“DİM-in yüksək səviyyəli İT komandası var, qiymətləndirmə və qəbul proseslərini öz proqram təminatları ilə idarə edirlər. Bu baxımdan düşünürəm ki, süni intellekt əsasında çalışan bir sistemin tapşırıqları texniki baxımdan analiz etməsi, uyğunluğunu və düzgünlüyünü yoxlaması prosesi daha şəffaf və etibarlı edə bilər. Bu həm səhvlərin qarşısını alar, həm də ictimai inamı gücləndirər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri