Uşaqlar üçün yeni film: Boni hansı mesajı verir? (AÇIQLAMA) | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu günlərdə uşaqlar üçün daha bir filmin təqdimat mərasimi keçirilib.
"Boni” adlı tammetrajlı filmin qəhrəmanlarının əksəriyyəti balaca aktyorlardır.
"Boni” adlı filmin ssenari müəllifi Elnur Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, onun ikinci uşaq filimidir: "Birinci film "Nağıl kimi” adlanırdı.
Ötən il həmin filmin təqdimatı keçirdik və 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günündə televiziyada yayımlandı. Bu isə ikinci filmdir.
Film "Boni" adlanır. Bir itin itməsi və axtarışı ilə başlasa da sonradan maarifləndirici səhnələrlə davam edir.
Sonda uşaqlara xeyirxahlıq, birlik və s. kimi yüksək insani dəyərləri aşılayır".
Xalq artisti Yasin Qarayev film haqqında fikirlərini bölüşüb: "Bono" tammetrajlı filmin yaradıcı heyətini təbrik edirəm.
Tam oxu
Xəbəri oxu