Icma.az
close
up
RU
Uşaqlar üçün yeni film: Boni hansı mesajı verir? (AÇIQLAMA)

Uşaqlar üçün yeni film: Boni hansı mesajı verir? (AÇIQLAMA)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu günlərdə uşaqlar üçün daha bir filmin təqdimat mərasimi keçirilib. "Boni” adlı tammetrajlı filmin qəhrəmanlarının əksəriyyəti balaca aktyorlardır.

"Boni” adlı filmin ssenari müəllifi Elnur Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, onun ikinci uşaq filimidir: 

"Birinci film "Nağıl kimi” adlanırdı. Ötən il həmin filmin təqdimatı keçirdik və 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günündə televiziyada yayımlandı. Bu isə ikinci filmdir. Film "Boni" adlanır. Bir itin itməsi və axtarışı ilə başlasa da sonradan maarifləndirici səhnələrlə davam edir. Sonda uşaqlara xeyirxahlıq, birlik və s. kimi yüksək insani dəyərləri aşılayır".

Xalq artisti Yasin Qarayev film haqqında fikirlərini bölüşüb:

"Bono" tammetrajlı filmin yaradıcı heyətini təbrik edirəm. Bu filmin böyüməkdə olan nəslin hərtərəfli inkişaf etməsində, estetik tərbiyə kimi çox böyük rol oynayacağina da tam əminəm. Çünki çox böyük əzimkarlıqla ərsəyə gətirilən bu ekran əsərinin məqsəd və qayəsi uşaqlarda gözəl insanı keyfiyyətlər olan doğruçuluq, gözəlliyi duymaq, ata-ananı və ana vətəni sevmək kimi saf hisslər oyatmaq kimi hisslər aşılanıb. Fikrimcə, zəhməti olanların hamisı, yəni, lahiyə rəhbəri, ssenarist, rejissor, operator və aktyorlar məqsədə nail olublar!". 

Xalq artisti Nübar Novruzova belə bir layihəyə görə "Boni” filminin yaradıcı kollektivinə təşəkkür edib:

"Filmdə çəkilən bütün uşaqlara təşəkkür edirəm. Bu işin qarşılığında minnətdarlıq çox balacadır. Böyük bir iş görüblər. Filmdə uşaqların ifasında böyük bir ismarıclar var. Valideynlər də sağ olsun ki, uşaqlarının bu filmdə çəkilməyinə icazə veriblər. Bu filmdə bir nəsnəni anladım ki, uşaqlara idman, musiqi lazımdır, heyvanlara sevgi, məhəbbət lazımdır". 

Aktrisa Zemfira Əbdül Səməd isə uşaqlarla işləməyin böyük bir proses olduğunu əlavə edib:

"Filmdə süjet kimi qoyulan problemlər də maraqlı idi. Filmdə bir mesaj var. Həmçinin filmdə böyük aktyorlarla yanaşı uşaqlar da  rol alıb. Bu onlar üçün bir məktəbdir. Belə  filmlərdə çəkilmək onlar üçün bir keçid ola bilər, nə vaxtsa böyük kinoya buradan başlaya bilərlər. Filmdə istedadlı uşaqlar çoxdur. Əminəm ki, onların hansısa gələcəkdə aktyor olacaq".

Aktyor Ədalət Əbdülsəmədov filmin insanlara müsbət enerji aşıladığını və bu gün Azərbaycanda uşaqlar üçün belə filmlərin çəkimədiyini vurğulayıb:

"Sovet dövründə uşaqlar, məktəblilər üçün belə filmlər çəkən böyük bir kinostudiyalar vardı. Uşaqlar böyüklər üçün çəkilən  filmlərə baxmayacaq ki. Uşaqların özlərini  düşündürən və maraqlandıran məsələlərdən filmlərin çəkilməsi daha məqsədəuyğundur”. 

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri