Uşaqlara cinsi məsələləri aşılamaq Valideynlərin etdiyi SƏHVLƏR | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Günümüzdə övladlarının cinsi xarakterli sualları ilə üz-üzə qalıb cavab verməkdə çətinlik çəkən valideynlərlə tez-tez qarşılaşırıq.
Bu vəziyyətdə valideynlər həyəcan keçirir, övladlarının suallarına doğru-düzgün cavab vermir.
Yaxud da suala cavab verməyərək onların fikrini başqa məsələlərə yönəldir.
Hətta elə valideynlər olur ki, övladı bu tip suallar soruşduqlarında “Bu cür sözləri kimdən öyrənmisən?”, “Sən çox tərbiyəsiz uşaqsan” deyib, onları cəzalandırırlar.
Baxmayaraq ki, valideyn qorxusu səbəbindən uşaqlar müvəqqəti olaraq bu sualları bir daha soruşmurlar, lakin yeniyetməlik dövrünə qədəm qoyduqları andan etibarən onlar yenidən bu cür suallarına cavab axtarmaq qərarına gəlirlər.
Amma bu dəfə münasib olmayan yollarla, dostlar, internet və bu haqda yazılmış və yaşlarına uyğun olmayan kitablar vasitəsiylə onları narahat edən suallara cavab axtarırlar.
Buna görə də valideynlər övladlarının tərbiyəsi ilə yanaşı onların cinsi tərbiyəsinə də ciddi yer verməlidirlər.
Tam oxu
Xəbəri oxu