Icma.az
close
up
RU
Uşaqlara cinsi məsələləri aşılamaq Valideynlərin etdiyi SƏHVLƏR

Uşaqlara cinsi məsələləri aşılamaq Valideynlərin etdiyi SƏHVLƏR

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Günümüzdə övladlarının cinsi xarakterli sualları ilə üz-üzə qalıb cavab verməkdə çətinlik çəkən valideynlərlə tez-tez qarşılaşırıq. Bu vəziyyətdə valideynlər həyəcan keçirir, övladlarının suallarına doğru-düzgün cavab vermir. Yaxud da suala cavab verməyərək onların fikrini başqa məsələlərə yönəldir. Hətta elə valideynlər olur ki, övladı bu tip suallar soruşduqlarında “Bu cür sözləri kimdən öyrənmisən?”, “Sən çox tərbiyəsiz uşaqsan” deyib, onları cəzalandırırlar.

Baxmayaraq ki, valideyn qorxusu səbəbindən uşaqlar müvəqqəti olaraq bu sualları bir daha soruşmurlar, lakin yeniyetməlik dövrünə qədəm qoyduqları andan etibarən onlar yenidən bu cür suallarına cavab axtarmaq qərarına gəlirlər. Amma bu dəfə münasib olmayan yollarla, dostlar, internet və bu haqda yazılmış və yaşlarına uyğun olmayan kitablar vasitəsiylə onları narahat edən suallara cavab axtarırlar.

Buna görə də valideynlər övladlarının tərbiyəsi ilə yanaşı onların cinsi tərbiyəsinə də ciddi yer verməlidirlər. Çünki, bu suallara vaxtında və düzgün cavab verməməyin nəticəsində övladlarında müxtəlif növ fizioloji və psixoloji problemlər baş qaldırır. Amma təəssüflə qeyd etmək lazımdır ki, hələ də elə valideynlərlə üzləşirik ki, övladlarına cinsi tərbiyə vermək əvəzinə “Böyüsün özü hər şeyi başa düşər” deyə fikirləşirlər.

Əgər bu bilgilər uşaqlara gec, naqis və həqiqətə uyğun olmayan şəkildə verilərsə, istənilən nəticəni verməyəcək, hətta problemi daha da dərinləşdirəcəkdir. Əgər valideynlər övladlarının bu tip suallarına diqqətli və münasib cavablar verərlərsə, onların ruhi sıxıntılarının qarşısını almaqdan əlavə, gələcəkdə cinsi pozğunluqlarının da qarşısını almış olacaqlar.

2-3 yaş

Uşaqlar iki yaşdan etibarən öz bədənləri ilə maraqlanmağa başlayırlar. Hətta bu yaşdan etibarən başlanan “tualetə öyrətmə” onlarda cinsiyyət orqanlarına olan marağı daha da artıra bilər. Bu maraq onlarda öz cinsiyyət üzvləri ilə oynamaları və həzz almaları ilə birlikdə olur. Lakin bu həzz cinsi ləzzətdən tamamilə fərqli bir şeydir.

Övladlarında bu kimi rəftarları görən valideynlər bəzən tez həyəcan keçirir, buna kobud şəkildə mane olaraq uşaqlarının daxilində günahkarlıq duyğusunu yaradırlar. Halbuki bu cür vəziyyətdə dolayısı yolla onların fikrini yayındırmaq mümkündür. Əsas odur ki, valideyn bunun uşaqlarda vücudunu tanıma və kəşf etmə duyğusu olduğunu anlasınlar. Əgər uşaq davamlı olaraq öz cinsiyyət üzvünə əl vurursa, bu zaman psixoloji sıxıntıların olub-olmamasını yoxlamaq lazımdır. Məsələn uşaq tualetə öyrədilən zaman sıxıntıya, təzyiqə məruz qalıb, yoxsa yox?! Yaxud qidalanma ilə bağlı hər hansı bir təzyiq onlarda stress yarada bilər. Əgər bunlardan hər hansı biri uşaqda sıxıntılara səbəb olubsa, bu səhv metodları aradan qaldırmaqla bu kimi rəftarlar da aradan qalxacaqdır.

3-4 yaş

Üç-dörd yaş arası qız və oğlan uşaqları artıq aralarında olan fərqlilikləri başa düşürlər. Hətta bir-birinin cinsiyyət orqanını necəliyi ilə maraqlana bilərlər. Bu yaşda uşaqlar öz uşaqlıqlarını, necə dünyaya gəldiklərini bilmək istəyirlər. Dörd yaşdan sonra qız uşaqlarının ataya və oğlan uşaqlarının anaya daha yaxın olmaq istədiklərinin şahidi oluruq. Həmçinin qızlar analarını və oğlanlar atalarını bu yaşda çox təqlid edirlər.

Valideyn onların suallarına sadə və başa düşəcəkləri dildə cavab verməlidir. Əgər uşaq cinsiyyət üzvü haqqında hər hansı bir sual verirsə, valideyn bədənin digər orqanları və onların fəaliyyətləri haqqında danışaraq cinsiyyət üzvü haqda da məlumat verməlidir. Lakin valideyn diqqət etməlidir ki, uşaq bu bilgilərə hansı həddə sahib olmalıdır?!

Bu yaşda uşaqlar sevgi və mehribanlığa ehtiyac duyduqları üçün cinsi məsələləri onlara başa salan zaman onlara məhəbbət göstərilməlidir.

Həmçinin onlara bu yaşda, qız-oğlan uşaqlarının fərqliliklərindən, cinsiyyət orqanının onların şəxsi bədən üzvü olmasından və başqalarının ona baxması və toxunmasına mane olmaq lazım olduğundan danışmaq olar.

4-5 yaş

Artıq bu yaşda cinsiyyətlə bağlı olan hər bir sual onları maraqlandıra bilər. Oğlan və qızların cinsiyyət üzvlərindəki fərqliliklərə səbəb nədir? Niyə atalar hamilə qalmır? Mən necə olub ki, dünyaya gəlmişəm? Dünyaya gəlməzdən əvvəl harada idim və s.

Uşaqlara onların başa düşəcəyi dillə oğlan-qız fərqliliklərini başa salmaq lazımdır. Necə dünyaya gəlməsi haqda səhv məlumat vermək əvəzinə onun başa düşəcəyi dillə həqiqəti demək olar. Bu yaşda bir uşağa sən ana bətnində xüsusi bir yerdə idin. Bir müddət orda qaldıqdan sonra böyüdün və dünyaya gəldin. Həmçinin bu mərhələlərdən sonra onun dünyaya gəlməsində həkimlərin də rolunun olmasını söyləyə bilərsiniz.

Bu yaş dövründə uşaqların ən çox oynadıqları oyun həkimlikdir. Bunun əsas səbəbi isə bir-birindəki cinsi fərqlilikləri kəşf etmək duyğusudur.

Qız-oğlan uşaqları bu yaşda öz cinsiyyətinə uyğun olaraq oyunda rollar alır. Qız ana, oğlansa ata olmaq istəyir. Böyüklər onların bu kimi oyunlarına mane olmamalı, lakin vəziyyəti kənardan nəzarət altında saxlamalıdırlar.

6-9 yaş

Bu yaşda uşaqlar daha çox öz həmcinsləri ilə oynamağa üstünlük verirlər. Bu yaşda artıq uşaqlar cinsi məsələləri öyrənməyə daha çox meylli olduqlarından böyüklər diqqətli olmalıdırlar. Bu yaşdan etibarən övladlarınıza yeniyetməlik dövründən və bu dövrdə onları gözləyən dəyişikliklərdən xəbər verə bilərsiz. Lakin bunu elə etmək lazımdır ki, uşaqlar vəhşətə düşməsinlər. Onlara yeniyetməlik dövründə baş verəcək fizioloji, psixoloji dəyişiklikləri dərkləri səviyyəsində anladın. Baxmayaraq ki, hələ bu proseslər onlarda baş verməmişdir. Məsələn, onlarda baş verəcək bədən quruluşunun dəyişməsi, səslərinin kobudlaşması, bədənlərinin böyüməsi, bədənlərinin bəzi yerlərində tüklərin əmələ gəlməsi, üzlərində səpkilərin yaranması və sair. Həmçinin qızlara aybaşı dövrünü başa salan zaman bu məsələyə daha həssas yanaşmalı, bu vəziyyətin onun gələcəkdə ana olması üçün bir giriş nöqtəsi olduğunu başa salmaq lazımdır.

10-14 yaş

Bu dövrdən etibarən artıq övladlarınız yeniyetməliyə addım atır. Əgər bu vaxta kimi də övladınızla söhbət etməmisinizsə, hələ də gec deyil, onunla danışın. Çünki, övladınız onda baş verən dəyişikliklər səbəbilə mənəvi və psixoloji cəhətdən özünü pis hiss edir. Bəzən isə bu dəyişikliklər barəsində utandığı üçün sual verə bilmir.

Uşaqlar cinsi suallar verən zaman valideyn nələrə diqqət etməlidir?

1. Özünüzü ələ alın, xəcaləti kənara qoyub, onun suallarına cavab verin.

2. İcazə verin sualını tam şəkildə soruşsun. Sualı diqqətlə dinləyin. Ona “Sən bu haqda nə düşünürsən?”, “Səncə necə olur?” suallarını verməklə sualın nə qədərini özünün bildiyini öyrənə bilərsiniz.

3. Övladınıza sualı ilə bağlı açıqlamalar verən zaman şəkillərdən istifadə etmək də yerinə düşərdi.

4. Suallarına cavab verən zaman onların gözlərinə baxın və səs tonunuza diqqət edin.

5. Həddindən artıq məlumat verməkdən çəkinin.

Məsumə Şahmərdanlı, psixoloq-konsultant

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri