Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir. Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişaf
Layihə çərçivəsində növbəti həmsöhbətimiz "Şamaxı" klubunun əvəzedici və U-19 komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev oldu.
- Hazırda "Şamaxı" akademiyasında durum necədir? Akademiyaya futbolçu seçimləri necə aparılır?
- Klubun 17 yaşadək bütün komandaları Şamaxıda yerləşir. Komandalar “Şamaxı” Futbol Məktəbinin uşaqlarından təşkil olunur.
Yalnız U-19 və əvəzedici komandalar Bakıda məskunlaşırlar. Bu komandaların böyük hissəsi Bakıdakı futbolçulardan ibarətdir.
Biz ötən il Premyer Liqada mübarizə aparmadığımıza görə yuxarı yaş qruplarından ibarət komandalar yox idi.
Olan futbolçularımız da digər klublara getmişdilər. Bakıdakı klubların heyətinə düşə bilmədikdən və bizə müraciət etdikdən sonra onları U-19
- Ümumiyyətlə, "Şamaxı" akademiyasına maraq hansı səviyyədədir? Akademiyada neçə uşaq futbolla məşğul olur?