Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Uşaqlara deyirik ki, gördüyünüz Azərbaycan futboludur, Avropada belə deyil

Uşaqlara deyirik ki, gördüyünüz Azərbaycan futboludur, Avropada belə deyil

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz "Şamaxı" klubunun əvəzedici və U-19 komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev oldu.

- Hazırda "Şamaxı" akademiyasında durum necədir? Akademiyaya futbolçu seçimləri necə aparılır? 

- Klubun 17 yaşadək bütün komandaları Şamaxıda yerləşir. Komandalar “Şamaxı” Futbol Məktəbinin uşaqlarından təşkil olunur. Yalnız U-19 və əvəzedici komandalar Bakıda məskunlaşırlar. Bu komandaların böyük hissəsi Bakıdakı futbolçulardan ibarətdir. Biz ötən il Premyer Liqada mübarizə aparmadığımıza görə yuxarı yaş qruplarından ibarət komandalar yox idi. Olan futbolçularımız da digər klublara getmişdilər. Bakıdakı klubların heyətinə düşə bilmədikdən və bizə müraciət etdikdən sonra onları U-19 komandamıza topladıq. 

- Ümumiyyətlə, "Şamaxı" akademiyasına maraq hansı səviyyədədir?  Akademiyada neçə uşaq futbolla məşğul olur?

- Yaxın rayonlardakı və Şamaxıdakı uşaqların hər biri bizim akademiyamızda olmaq istəyir. Çünki yaxın bölgələrdəki klublarda olan futbolçular artıq yuxarı liqalarda iştirak etmirlər. Ona görə də həmin futbolçular “Şamaxı”nın nəzarətində olurlar. Çünki məsafə baxımından da Şamaxı şəhəri onlar üçün daha uyğundur. Uşaqların “Şamaxı” akademiyasına marağı yaxşı səviyyədədir. Büdcəmiz nə qədər aşağı olsa da, futbolun inkişafını düşünürük. Layihələri müzakirə edirik, çalışırıq ki, həyata keçirək. 

- "Şamaxı"da futbol infrastrukturu hansı səviyyədədir?

- Son 2-3 ildə böyük futbol Şamaxıya qayıdıb. Daim müzakirələr aparılır. Biz çalışırıq ki, gələcəyə uyğun layihələr həyata keçirək. İndi 1 meydançada həm əsas, həm də digər komandaların oynamağı çətin olsa da, hələlik bununla qənaətlənirik. Lakin yəqin ki, yaxın illərdə böyük layihələr həyata keçiriləcək. Çünki Premyer Liqada davamlı, uğurlu çıxış etmək üçün bu layihələrə ehtiyac var.

- Həm U-19, həm də əvəzedici komandanın baş məşqçisisiniz. Hansı komandanı idarə etmək daha çətindir? 

- Düşünürəm ki, hər bir komandanın özünə görə çətinlikləri var. Lakin əvəzedici komandanı idarə etmək U-19-la müqayisədə daha çətindir. Çünki U-19-da bütün futbolçular daim nəzarətin altında olur. Düşündüyünü onlara öyrətməyə çalışırsan. Onlar da yavaş-yavaş sənin dediyini meydanda tətbiq etməyə başlayırlar. Amma əvəzedici komandada vəziyyət belədir ki, buraya bəzən əsas komandanın futbolçuları da fiziki formalarını bərpa etmək üçün dəvət olunurlar. Belə halda əlində, nəzarətində olmayan bir futbolçunun avtomatik heyətdə yer alması, meydanda istədiyini görə bilməməyin artıq idarəetmədə çətinliyin yaranmasına səbəb olur. Ona görə də məncə, əvəzedici komandanı idarə etmək daha çətindir. 

- U-19 və əvəzedici komandalarda qarşıya hansı məqsədləri qoymusunuz?

-  Bizi maraqlandırır ki, bu komandalar birbaşa futbolçu hazırlamaqla məşğul olsunlar. Əsas vəzifəmiz futbolçu yetişdirməkdir. Bizim hazırda əvəzedici komandada əlimizdə olan futbolçulardan əsas komandaya dəvət olunanlar var. Üç futbolçumuz imkan olduqca əsas komandaya çağırılır. Bir futbolçumuz isə artıq orada qərarlaşıb. Bu, məncə bizim ən böyük qazancımızdır. U-19 komandamızdan milliyə çağırılan futbolçumuz da var. Bu da bizi çox sevindirir. Sürətlə inkişaf gedir. Yaddan çıxarmayaq ki, biz hansı şəraitdə belə göstəriciyə nail olmuşuq. Çünki biz qısa müddətdə sıfırdan yığılmış bir komandayıq. İstədiyimiz potensial oyunçuları komandaya dəvət edə bilməmişdik. Amma qısa müddətdə 4-5 futbolçumuz milliyə namizəddir. Mən inanıram ki, yeni mövsümdən bu futbolçular istənilən klubun heyətində çıxış edə bilərlər. Gəncdirlər, 16, 17, 18 yaşları var. Əvəzedici komandamız da gənc futbolçulardan ibarətdir. Onların gələcəyi qarşıdadır. 

- Uşaq futbolundakı problemlər tez-tez qabardılır. Sizcə, poblemlərin həlli üçün haradan başlamaq lazımdır? 

- Bu, mənim üçün çox ağrılı bir mövzudur. Çünki mən artıq 8-9 ildir ki, “Şamaxı”da işləyirəm. Daha əvvəl klubun adı “İnter”, “Keşlə” olub. Bir o qədər də “Bakı” Futbol Akademiyasında çalışmışam. Daim uşaqların qayğıları ilə məşğul olmuşam. “Bakı” Futbol Akademiyasında daim layihələr həyata keçirirdik. Uşaqları xaricə aparırdıq. Hər şeyi təşkil edirdik. Məsələn, Mahir Emreli üçün xüsusi proqram verirdik ki, xaricdə hazırlaşsın. Bu gün  Azərbaycan futboluna fayda verənlərdən biri də odur. Bunu nümunə kimi söylədim. Çoxlu ad çəkmək olar. “Bakı”da təbii örtüklü meydançaların sayı çox idi.  Əgər “Bakı” Futbol Akademiyası dağıldısa və biz indi futbolun necə inkişaf edəcəyini düşünürüksə… Belə bir şəraiti dağıtmaq və sonra futbolu inkişaf etdirməyi fikirləşmək çox çətindir. Başlamaq üçün uşaq futboluna xidmət edən mütəxəssislərin güzaranı ilə maraqlanmaq lazımdır. Mən 2016-cı ildən “Şamaxı”ya gəlmişəm. Mənə həmin vaxt deyildi ki, problem var. Bu problem də o idi ki, uşaq futbolunda çalışan məşqçilər 10 ay maaş almalıdır. Mütəxəssislər cəmi 10 ay maaş alırlarsa, hansı inkişafdan danışa bilərik?! Gəlin əvvəlcə bu mütəxəssislərin məvaciblərinə yenidən baxaq, 10 ay yox, 12 ay olmasını təmin edək. Mütəxəssislərin həyat şəraiti düzəlməlidir. Bizim hansı adlı-sanlı keçmiş futbolçularımız akademiyalarda çalışırlar? Barmaq sayı ilə göstəriləcək dərəcədədir. Yox həddindədir. Çünki zəhmətinin bəhrəsini görə bilmirsən. Mütəxəssislər üçün yaxşı şərait yaratmaq lazımdır ki, onlar bütün fikirlərini komandaya, futbolun inkişafına yönəltsinlər. Az maaşla təmin edilən mütəxəssis çalışır ki, bu işi bitirib başqa bir işdən pul qazansın, ailəsini saxlasın. Belə şəraitdə futbol inkişaf edə bilməz. Komandaların məşq etməsi üçün yaxşı şərait qurulmalıdır. Bir neçə klub bir meydançada məşq edir. Bir meydançaya iki komanda eyni anda çıxır. İstədiyin hansısa taktiki məşqləri edə bilmirsən. Meydançalar düzəldilməlidir. Hər bir klub üçün müəyyən şərait yaradılmalıdır. Futbolçuları xarici səfərlərə göndərmək lazımdır. Biz gözümüzü açırıq, Azərbaycan futbolunu görürük. Amma Avropaya çıxış başlayanda anlayırıq ki, bizim bildiyimiz şey futbol deyilmiş. Artıq Avropada tamamilə başqa futbol var. Dinamiklik, intensivlik başqa səviyyədədir.

- Azərbaycanda legioner limitinin ləğvi müzakirə olunur. Sizin bu məsələyə münasibətiniz necədir? 

- Legioner fubolçular Premyer Liqa komandalarına dəvət alırlar. Bilirsiniz ki, Premyer Liqa təmsilçilərinin qarşısına nəticə qazanmaq məqsədi qoyulur. Bu, ya avrokuboklara vəsiqə qazanmaq, ya da Premyer Liqada qalmaq hədəfidir. Məşqçilər də məqsədlərinə uyğun şəkildə  vəzifələri yerinə yetirməyə çalışırlar. Legioner limiti artdıqca məşqçilər bütün üstünlüyü legionerlərə verəcəklər. Yerli futbolçuların oyun şansı qazanmağı çox çətin olacaq. Bəs heyətə düşə bilməyən azərbaycanlı futboçular nə edəcəklər? Bir neçə futboçumuz bəlkə rəqabətə dözüb heyətdə yer ala bilər. Amma bu da kifayət etməyəcək. Sabah milli komandaya futbolçu tapmaqda çətinlik çəkəcəyik. Bugünə qədər həyat bizə göstərib ki, çox az futbolçumuz xaricə gedə bilir. Bütün yerli futbolçular Azərbaycanda oynamağa üstünlük verirlər. Futbolçu əgər oynamasa, hansı inkişafdan danışacağıq? Klublar legionerlərlə uğur qazana bilərlər. Lakin Azərbaycan futbolu bir neçə oyunçusunu itirəcək. Düşünürəm ki, legioner limitinin artırılması və ya ləğvi futbolumuza əhəmiyyətli bir fayda verməyəcək. 

- Adətən uşaqlar 19 yaşadək futbolla normal səviyyədə məşğul olurlar. Lakin artıq məsələ əsas komandaya gələndə problemlər yaranmağa başlayır. Bunun səbəbi nədir? 

- Mən bunu görmüş mütəxəssis kimi deyim ki, futbola kütləviliklə başlayırıq, 15-16 yaşda artıq keyfiyyət məsələsinə keçirik. Yəni, həvəskarlıqdan peşəkarlığa. Hər futbolçu o keçid dövrünə uyğunlaşa bilmir. Bəzən hansısa istedadlı futbolçu peşəkar səviyyəyə uyğunlaşmağı bacarmır. Belə şeylər olur. Müəyyən səbəblər var. 19 yaşadək komandalarda futbolçular Azərbaycan səviyyəsində bir-biri ilə rəqabət aparırlar. Amma 19 yaşdan sonra futbol tamamilə dəyişir. Çünki uşaqlar beynəlxalq oyunlara getmirlər. Bilmirlər ki, dünya futbolunda səviyyə necə dəyişir. Müasir futbolun tələblərini Avropaya çıxanda görürük. Həmin vaxt başa düşürük ki, biz o tələblərə cavab verə bilmirik. Belə olanda da bir çox oyunçu deyir ki, böyük futbolda mənə yer yoxdur. Təbii ki, bu, hamıya aid deyil. Az sayda futbolçu həmin tələblərə uyğunlaşır, dözür. Uşaqlarla daim danışırıq, təbliğat aparırıq ki, hazırda gördüyünüz Azərbaycan futboludur, Avropada belə deyil. Avropada 90 dəqiqə ərzində iş görürsən. Tez düşünməli, qərar verməli və icra etməlisən. Premyer Liqada komandaların sayı çox olsa, oyunçuların sayı da bir az artar. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri