Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. “Uşaqlarına “yox” demək və ya deyə bilməmək bu gün bir çox valideynlər üçün ümumi problemdi
Yox deməyin mənfi nəticələrə gətirib çıxaracağından qorxan və bəzən necə davranacağını bilməyən valideynlərlə rastlaşırıq.
Bununla belə, valideynlik nə uşağın hər dediyinə “yox” demək, nə də onun hər dediyinə “hə” demək deyil.
Valideynlik müsbət motivasiya elementlərindən istifadə etməklə uşağı nizam-intizam qaydaları çərçivəsində böyütmək bacarığıdır.
Müsbət motivasiya və mənfi motivasiya çox vacibdir. Təkcə uşaqlara deyil, biz böyüklərin də bir-birimizə münasibəti həmişə mənfi motivasiya
Əlimizdə olan müsbət cəhətləri, nailiyyətləri, istedadları deyil, bacarmadıqlarımızı, çox yaxşı olmadığımız sahələri önə çəkirik.
Biz uşaqlarımızla da bu cür münasibət qurduğumuz zaman anlaşılmazlıqlar ortaya çıxır və sağlam ünsiyyət qura bilmirik.
Çünki uşaqlar bizi dinləmir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yegan