Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Uşaqlara nə zaman yox deməliyik?

Uşaqlara nə zaman yox deməliyik?

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Uşaqlarına “yox” demək və ya deyə bilməmək bu gün bir çox valideynlər üçün ümumi problemdir. Yox deməyin mənfi nəticələrə gətirib çıxaracağından qorxan və bəzən necə davranacağını bilməyən valideynlərlə rastlaşırıq. Bununla belə, valideynlik nə uşağın hər dediyinə “yox” demək, nə də onun hər dediyinə “hə” demək deyil. Valideynlik müsbət motivasiya elementlərindən istifadə etməklə uşağı nizam-intizam qaydaları çərçivəsində böyütmək bacarığıdır. Müsbət motivasiya və mənfi motivasiya çox vacibdir. Təkcə uşaqlara deyil, biz böyüklərin də bir-birimizə münasibəti həmişə mənfi motivasiya yönümlü olur. Əlimizdə olan müsbət cəhətləri, nailiyyətləri, istedadları deyil, bacarmadıqlarımızı, çox yaxşı olmadığımız sahələri önə çəkirik. Biz uşaqlarımızla da bu cür münasibət qurduğumuz zaman anlaşılmazlıqlar ortaya çıxır və sağlam ünsiyyət qura bilmirik. Çünki uşaqlar bizi dinləmir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun fikrincə, əvvəlcə onu vurğulamaq lazımdır ki, uşaqlara “yox” deməklə pis valideyn olmayacaqsınız. Uşaqlar öz sərhədlərini bilməlidirlər. Böyümə mərhələlərində onlara harada dayanacaqlarını və sərhədlərini zaman-zaman xatırlatmaq lazımdır, çünki sosiallaşma mərhələsində uşaqların yaşadıqları əsl sıxıntı bu nöqtədə ortaya çıxır. Onlar tələbkardırlar, hər şeyi istəyə bilərlər, hər şeyi əsaslandıra bilərlər. Ancaq onlara verdiyiniz hərtərəfli rahatlıq xoşbəxtlikdən daha çox bədbəxtlik gətirir. İstədiyini asanlıqla əldə etməyə öyrəşmiş uşağın özünü motivasiya etməkdə, istəklərini gecikdirməkdə, gözləməkdə, başqa insanlara və onların hüquqlarına hörmət etməkdə problemlər yaşadığı görülür. Çünki çöldə həyat belə deyil. Sosial həyatda onların istədiyi hər şeyi etməyə hazır olan fərdlər, dostlar, işəgötürənlər, iş yoldaşları yoxdur. O, hər şeydə səy göstərməli, buna layiq olmalı olacaq. Bu, valideyn olaraq uşağa aşılamalı olduğunuz əsas xüsusiyyətdir, öz ayaqları üzərində dayanmaq bacarığı.
Psixoloq eyni zamanda vurğulayıb ki, bunun üçün ilk növbədə uşaqlara “yox” dediyiniz sahələri düzgün müəyyən etmək lazımdır. Nəyə “yox” deyirsinizsə, o, məntiqli səbəbə əsaslanmalıdır. Nəyə “yox” desəniz, o bir daha “hə” olmamalıdır, ona görə də “yox” deməzdən əvvəl bu sözü doğru yerdə istifadə etdiyinizə əmin olmalısınız. Uzun müddət inandırmağa çalışmaq və uzun izahatlar vermək uşağın qərarınızın dəyişəcəyini düşünməsinə səbəb olur. Qəzəblənmədən sakit və izahlı bir “yox” həmişə daha təsirli olur. Qaydalar heç vaxt müzakirə edilməməlidir. Danışıqlar nəticəsində bəli və yox anlayışları dəyişdirilərsə, siz bir daha heç vaxt nizam-intizam sizin əlinizdə olmayacaq və vəziyyət həmişə münaqişəyə çevriləcək. Unutmayın ki, siz böyüklərsiniz, son qərar mərkəzisiniz və biz böyüklər qaydaları təyin edirik.
“Sırf “yox” dediyiniz üçün uşağınızın sizi yormasına və ya gözünüzün önündə şou göstərməsinə icazə verməyin. İstənilən münasibət və reaksiya halında onunla söhbət edin və məntiqli, əsaslı səbəblər gətirərək verdiyiniz qərarın müzakirəyə qapalı olduğunu ona deyin. Təbii ki, uşaqlar zaman-zaman istədiklərini əldə etmək üçün hər cür səy göstərəcəklər, əsas odur ki, sizin sabit valideynlik münasibətiniz olsun. Bundan əlavə, uşaqlara “yox” deməyi öyrətmək də var. Bu ikisi, əslində bir-birindən ayrılmaz əhəmiyyətli və əlaqəlidir. Sosiallaşma ilə yanaşı, uşaqlar özlərinə “yox” deməyi və özləri də “yox” deməyi öyrənirlər. Biz valideynlər uşaqları bu məsələdə çaşdırırıq. Uşaqların kimə, nə vaxt və hansı vəziyyətdə “yox” deməli olduğunu dəqiq deyə bilmərik. Bunun əslində çox aydın izahı var. Uşaqlarınıza, xüsusən də dostları ilə münasibətlərində istəmədikləri bir şeyi edən və ya onları etməyə məcbur edən və ya məcbur etməyə çalışan dostlarına və böyüklərinə “yox” deməkdən çəkinməmələrini söyləməlisiniz. Unutmamalıyıq ki, doğru yerdə istifadə edilən “yox” ilk andan bir çox problemi aradan qaldıracaq”, - deyə Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see417

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see266

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see251

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see238

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see232

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see221

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see216

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see210

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see210

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see210

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see210

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see207

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see205

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see203

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see200

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see198

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see193

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see192

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see180

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri