Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, dini adların qoyulmasında azalma müşahidə olunur.
Vüsalə Əmiraslanova
“Uşaqlara qoyulan adların onların gələcək həyatında böyük bir rolu var. Əvvəlki dövrlərə baxanda artıq dini adların qoyulmasında azalma müşahidə olunur. Bu da çox vaxt insanların dini adlarla bağlı qorxularından irəli gəlir. Bu, çox vaxt valideynlərin dini adların məsuliyyəti ilə bağlı qorxularından qaynaqlanır. Valideyn uşağına tam cavabdeh olmadığına görə, dini inancı ilə əlaqədar olaraq o adları qoymur. Əvəzində filmlərdəki qəhrəmanların adları, populyar və müasir səslənən adlar üstünlük təşkil edir. Valideynlər arasında “trendə uyğunlaşma” düşüncəsi yayılıb: “Biz də müasirik, biz də bu adlardan qoyuruq”. Bəzən bu, “qonşudan qalma geri” yanaşması ilə izah olunur. Halbuki uşağa ad qoyarkən valideynlərin ortaq qərarı və müasirliyə nə qədər önəm verilirsə, adın mənasına da xüsusi önəm verilməsi vacibdir. Çünki ad insanın şəxsiyyətinə və gələcək həyatına təsir edən amillərdəndir”-deyə Vüsalə Əmiraslanova qeyd edib.
Günel Həsənova, Bizimyol.info