Icma.az
close
up
RU
Uşaqlara verilən dini adları filmlərdəki qəhrəmanların adları, populyar və müasir səslənən adlar əvəz edir

Uşaqlara verilən dini adları filmlərdəki qəhrəmanların adları, populyar və müasir səslənən adlar əvəz edir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan populyar adlar açıqlanıb. İqtisadiyyat.az xəbər verir ki, siyahıda adlar üzrə ilk onluq yer alıb. Əvvəlki dövrlərdən fərqli olaraq bu il oğlanlara ən çox qoyulan adlar sırasına yeni ad - Miran adı daxil olub. Məhəmməd adı isə populyar adlar sırasından çıxıb. Qızlara ən çox qoyulan adlar sırasına yeni ad - Alisa adı daxil olub, Mələk adı isə populyar adlar sırasından çıxıb. Ədliyyə Nazirliyi Azərbaycan adları barədə statistik məlumatlarına əsasən, bu ilin on bir ayı ərzində ölkəmizdə oğlan və qız uşaqlarına ən çox qoyulan adların siyahısını təqdim edib.Uşağa verilən adın mənasının valideynlər tərəfindən önəmsənməməsi gələcəkdə uşağın şəxsiyyətinin formalaşmasına necə təsir göstərə bilər?Populyar adların seçilməsi valideynlərin öz sosial statuslarını göstərmək cəhdi kimi izah oluna bilərmi?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, dini adların qoyulmasında azalma müşahidə olunur.

Vüsalə Əmiraslanova

“Uşaqlara qoyulan adların onların gələcək həyatında böyük bir rolu var. Əvvəlki dövrlərə baxanda artıq dini adların qoyulmasında azalma müşahidə olunur. Bu da çox vaxt insanların dini adlarla bağlı qorxularından irəli gəlir. Bu, çox vaxt valideynlərin dini adların məsuliyyəti ilə bağlı qorxularından qaynaqlanır. Valideyn uşağına tam cavabdeh olmadığına görə, dini inancı ilə əlaqədar olaraq o adları qoymur. Əvəzində filmlərdəki qəhrəmanların adları, populyar və müasir səslənən adlar üstünlük təşkil edir. Valideynlər arasında “trendə uyğunlaşma” düşüncəsi yayılıb: “Biz də müasirik, biz də bu adlardan qoyuruq”. Bəzən bu, “qonşudan qalma geri” yanaşması ilə izah olunur. Halbuki uşağa ad qoyarkən valideynlərin ortaq qərarı və müasirliyə nə qədər önəm verilirsə, adın mənasına da xüsusi önəm verilməsi vacibdir. Çünki ad insanın şəxsiyyətinə və gələcək həyatına təsir edən amillərdəndir”-deyə Vüsalə Əmiraslanova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri