Uşaqlarda vərəm riski hansı yaşda daha təhlükəlidir? | Icma.az
News24 saytına istinadən Icma.az xəbər verir. “Uşaqlar vərəmə yoluxa bilər.
Belə ki, onlar vərəm mikobakteriyasını (Mycobacterium tuberculosis) hava-damcı yolu ilə qəbul edirlər, yəni, xəstə böyüklə eyni evdə, otaqda, uzunmüddətli təmas zamanı bu risk mümkündür”.News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.
Onun sözlərinə görə, uşaqlarda infeksiya orqanizmə düşdükdə, immun sistemi hələ tam formalaşmadığı üçün bakteriya tez aktivləşir və yayılmış forma yarada bilər:“0-5 yaş səviyyəsində olan uşaqlar vərəmə yoluxma üçün daha risklidir.
Bu yaşda immun sistemi tam formalaşmayıb, bakteriya tez yayılır. 5-10 yaş səviyyəsində olan vərəmə yoluxma üçün orta riskdə hesab olunur.
Bu yaşda yoluxma ola bilər, amma xəstəliyin aktiv formaya keçmə ehtimalı azdır.11-18 yaş səviyyəsində olan vərəmə yoluxma üçün yüksək riskdə olanlar sayılırlar.
Bu yaşda hormonal dəyişikliklər və immun sistemin qeyri-sabitliyi səbəbilə latent vərəm (yoluxma) olduğu halda aktivləşə bilər.
Yəni, ən təhlükəli dövr — 5 yaşadək uşaqlardır, xüsusilə 1–3 yaş arası olanlar.
Bu yaşda vərəm mənşəli meningit və ya generalizə olunmuş vərəm formaları yarana bilər.
Tam oxu
Xəbəri oxu