Icma.az
close
up
RU
Uşaqlarda vərəm riski hansı yaşda daha təhlükəlidir?

Uşaqlarda vərəm riski hansı yaşda daha təhlükəlidir?

News24 saytına istinadən Icma.az xəbər verir.

 “Uşaqlar vərəmə yoluxa bilər. Belə ki, onlar vərəm mikobakteriyasını (Mycobacterium tuberculosis) hava-damcı yolu ilə qəbul edirlər, yəni, xəstə böyüklə eyni evdə, otaqda, uzunmüddətli təmas zamanı bu risk mümkündür”.

News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb. 

Onun sözlərinə görə, uşaqlarda infeksiya orqanizmə düşdükdə, immun sistemi hələ tam formalaşmadığı üçün bakteriya tez aktivləşir və yayılmış forma yarada bilər:

“0-5 yaş səviyyəsində olan uşaqlar vərəmə yoluxma üçün daha risklidir. Bu yaşda immun sistemi tam formalaşmayıb, bakteriya tez yayılır. 5-10 yaş səviyyəsində olan vərəmə yoluxma üçün orta riskdə hesab olunur. Bu yaşda yoluxma ola bilər, amma xəstəliyin aktiv formaya keçmə ehtimalı azdır.

11-18 yaş səviyyəsində olan vərəmə yoluxma üçün yüksək riskdə olanlar sayılırlar. Bu yaşda hormonal dəyişikliklər və immun sistemin qeyri-sabitliyi səbəbilə latent vərəm (yoluxma) olduğu halda   aktivləşə bilər. Yəni, ən təhlükəli dövr — 5 yaşadək uşaqlardır, xüsusilə 1–3 yaş arası olanlar. Bu yaşda vərəm mənşəli meningit və ya generalizə olunmuş vərəm formaları yarana bilər. Buna görə də uşaqlara xüsusi diqqət olmalıdır”.

Direktor bildirib ki, valideynlər uşaqlarda vərəmin əlamətləri barədə məlumatlı olmaları tövsiyə olunur: 

“Uşaqlarda simptomlar çox vaxt tipik deyil, buna görə xəstəliyin gizli getməsi mümkündür. Aşağıdakılar həyəcan siqnalı ola bilər: uzun müddət davam edən, sönük öskürək (bəzən quru), qızdırma, xüsusilə axşamlar (37–38°C),  gecə tərləməsi, arıqlama və iştahasızlıq, zəiflik, halsızlıq, dərsə marağın azalması, limfa düyünlərinin böyüməsi (boyun, qoltuqaltı, qasıq nahiyəsində),  kiçik uşaqlarda inkişafdan qalma, səbəbsiz ağlama və narahatlıq”. 

İ.Axundova, həmçinin uşaqları vərəm xəstəliyindən qorumaq üçün ən əsas profilaktik tədbirlər barədə məlumat verib:

“BCG peyvəndi — doğuşdan sonra ilk 3 gün ərzində vurulmalıdır. Əks göstəriş olduğu halda uşağın 1 yaşına qədər vurula bilər. Bu peyvənd uşaqları ağır vərəm formalarından qoruyur. Vərəmli şəxslə təmasda olan uşaqların mütləq yoxlanılması vacibdir. Onlara Mantu və ya Diaskin test, eləcə də flüoroqrafiya /rentgen (yaşdan asılı olaraq) aparılır. Əgər uşaq yoluxub, amma xəstələnməyibsə (latent Vərəm infeksiyası), həkim tərəfindən profilaktik müalicə təyin edilir. Eyni zamanda, düzgün qidalanma və immunitetin gücləndirilməsi, zülal, vitaminlər, təmiz hava, fiziki aktivlik vacib məqamlardan biridir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri